Page 164 - Islamic Studies 07
P. 164

İmam Əlinin müdiriyyəti / 163

               başçısının xəzinəsidir, oraya zülm və ədalətə aid hər nə qoyarsa, onu
               da götürər”.
                     Əlinin  məzhəbində  hakimiyyət  təəssübkeşliyə  əsaslanmır.
               “Gözəl     xüsusiyyətlərin,    xeyirli   və    üstün    keyfiyyətlərin
               mənimsənilməsi,       zülm    və    despotizmdən      uzaq    durmaq,
               cinayətkarlığın qarşısının alınması” üçün olan təəssübkeşlik istisna
               olmaqla heç bir təəssübkeşlik məqbul sayılmamışdır.
                     Əlinin nəzərində bu tip insanlar dövlət başçısı olmamalıdırlar:
               “Əgər  sizə  rəhbərlik  etsələr,  sizinlə  sultan  və  imperatorlar  kimi
               davranacaqlar”,  “hiyləgər,  yalançı,  məkrli,  kələkbaz”,  “zalım  və
               despot”, “rüşvətxor”, “yeməyi tox olanlara verən şəxslər”.
                     Əli  haqqı  bərpa  və  nahaqqı  ortadan  qaldırmaqla  bağlı  qəti
               qərara gələnə qədər xəlifəliyi bu cəhətlərə görə qəbul etmədi. Əks-
               təqdirdə,  həyatla  vidalaşmaq  İmamın  nəzərində  həyatı  davam
               etdirməkdən yaxşı idi.
                     Bu  səbəblərdən  insanları  hakim  dairələrdən  hesabat  tələb
               etməyə,  xidmət  göstərməyən  dövlət  başçısını  qəbul  etməməyə,
               lazım gəldikdə qəzəb və narazılıqlarını bildirməyə çağırırdı. Üzünü
               xalqa  tutaraq  deyirdi:  “Əbləhlərin  sizə  rəhbərlik  etməsindən
               qəzəblənmirsiniz, intiqam almırsınız?.. Nəticədə siz xar və məhvə
               məhkum olacaqsınız, nəsibiniz bədbəxtlik və ziyan olacaq”.
                     İmam  zülmə,  despotizmə  nifrət və  qəzəbi haqq-ədalətə  olan
               razılıqla müqayisə edir: “İnsanlar qəzəb və razılıq ətrafında dövrə
               vururlar.  Hər  kəs  xoşladığına  üz  tutur,  nifrət  bəslədiyindən  uzaq
               durur”.
                     Məhz  bu  səbəblərdən  o  özündən  sonra  xəlifəliyi  heç  kəsə
               vəsiyyət etməmişdir. İnsanlar toplaşıb özündən sonra oğlu Həsəni
               xəlifə təyin etməsini istədikləri zaman bu təklifi qəbul etməmiş və
               onlara ən ali dəyərlərə malik bir rəhbəri səciyyələndirən cümlə ilə
               xitab  etmişdir.  Bu  cümlə  onun  insanların  öz  seçimlərində  azad
               olduqlarını  ifadə  edən  son  etirafı  olmuşdur:  “Mən  sizə  nə  əmr
               etmirəm, nə də qadağa qoymuram, siz özünüz daha yaxşı bilirsiniz!”
                     Əli xalqın azadlığına çox yüksək qiymət vermiş, hətta onları
               özünə yaxınlaşmaq və ya uzaqlaşmaqda azad buraxmışdır. Əlbəttə,
               bu, əksəriyyətin ona beyət etməsindən sonra baş vermişdir. Xəlifəlik
               seçimindən  sonra  bir  qrupun  ondan  uzaqlaşması,  əslində,  xalqın
   159   160   161   162   163   164   165   166   167   168   169