Page 160 - Islamic Studies 07
P. 160
İmam Əlinin müdiriyyəti / 159
Əlinin fəaliyyətə bu nöqtədən başlaması təbii bir haldır. Çünki
o, yaxşı bilirdi ki, Allahın insanları tənbeh etmək üçün qamçıları
çoxdur. Amma onların heç biri yoxsulluq qədər ağrıverici deyil.
Kəlamlarının birində demişdir: “Allah bəndələrini yoxsulluq qədər
ağrılı qamçı ilə vurmamışdır”. Halbuki zahirdə özlərini zahid kimi
göstərən bəzi riyakarlar zahidanə həyat tərzini təbliğ etmiş, insanları
bu cür yaşamağa rəğbətləndirməyə çalışmışlar. Əlbəttə, onların
bilərəkdən və ya bilmədən atdıqları bu addımlar, əslində, yanlışdır.
Çünki Əli də Peyğəmbər kimi yoxsulluğa qarşı çıxmışdı, tərəfdarları
və davamçılarının rəhbəri, əməvilər tərəfindən qətlə yetirilmiş
böyük inqilabçı Əbuzər Qəffarikimilər bu həyat tərzinin
səbəbkarlarına qarşı mübarizə aparmışlar.
Əli çox yaxşı dərk edirdi ki, yoxsulluq bütün üstün
keyfiyyətləri məhv edəcək dərəcədə kafirliyə vasitə olur. Bu
səbəbdən də Əli hər yerdə, bütün meydanlarda yoxsulluqla mübarizə
aparmış, yoxsulluğa aparan yolların qarşısında səd çəkmiş,
yoxsulluğa səbəb olanların axırına çıxmağa çalışmışdır. Belə ki, Əli
buyurmuşdur: “Yoxsul öz vətənində qəribdir!” Həyatın ən ağrılı
hadisəsi ölümdür, amma Əliyə görə əziyyəti yoxsulluqdan azdır:
“Ən ağır ölüm yoxsulluqdur”.
Əlinin yoxsul və yoxsulluğun yaxşı olduğunu təbliğ edən
münafiqin bədəninə endirdiyi bu qamçı nə qədər də müqəddəs və
gözəldir. Bu zərbə vasitəsilə Əli onları odun samanı yandırıb kül
etdiyi kimi məhv edir, gözləri önündə hiylə və kələklərini kökündən
qoparır. O öz fikir zərbəsini belə ifadə edir: “Əgər yoxsulluq mənim
qarşımda bir insan surətində təcəssüm edərsə, onu öldürərəm!”
Əli ibn Əbu Talibə görə, cəmiyyət heç bir ziddiyyətin
olmaması, əsasını hüquq və vəzifə ixtilaflarının təşkil etmədiyi
gərəkən vahid bir bədəndir. Əli ibn Əbu Talibin olduğu cəmiyyətdə
bir üzv ac, başqa bir üzv tox olmamalıdır, işləyən üzv mənfəət
bölgüsündə işsizlə bərabər tutulmamalıdır. Əli ibn Əbu Talibin
həyatında elə bir gün olmadı ki, onu Allah bəndələrinə xidmətə sərf
etməsin. O, hətta ən xırda işə belə böyük əhəmiyyət vermişdir.
Çünki Allahın bəndələri kamil yaranış nümunələridir. Əlinin
insanlara və həyata baxışı Peyğəmbərin baxışı ilə eyni idi: