Page 159 - Islamic Studies 07
P. 159

İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (Bahar-Yay / 2024) / 158

               şərh  və  izaha  ehtiyac  duyulmayacaq  qədər  aşkar  olan  bir  kəlamı
               vardır:
                     “Əgər haqqın yolu ilə getsəniz, yollar sizə sevinc və fərəh bəxş
               edər, aranızda ehtiyaclı qalmaz!”
                     Cahiliyyət      dövrünün       ərəblərinin      rəzil    həyatla
               kifayətlənmələrini  tənqid  edərkən  deyir:  “Siz  ərəblər  daşların
               arasında yaşayırdınız, çirkli su içirdiniz, pis yeməklər yeyirdiniz”.
                     Əli dadlı yeməklərə, yumşaq və zərif paltarlara, gözəl evlərə
               nifrət  etmədiyini  açıq-aşkar  ifadə  edir.  Bunlardan  ona  görə  uzaq
               durur  ki,  yoxsul  və  məzlumların  olduğu  bir  cəmiyyətdə  bu
               vasitələrdən  istifadə  digərlərinin  onlardan  məhrum  olması  ilə
               nəticələnir. Əlinin bu kəlamından belə başa düşülür ki, o, hər şeydən
               əvvəl, insanların həyatın bütün imkanlarından kifayət qədər istifadə
               etməsini istəyir. Cəmiyyətdə toxluq hissinin nə olduğunu bilməyən,
               hətta bir tikə çörəyə də gümanı gəlməyən bir nəfər belə olmuş olsa,
               həmin cəmiyyətin rəhbəri bu insanın çəkdiyi əziyyəti çəkməli, onun
               kimi yaşamalıdır ki, bu aclıq və yoxsulluq kabusuna son qoya bilsin.
               Əgər belə olmasa, rəhbərliyin, hökumətin heç bir dəyəri olmaz.
                     Əli  buyurmuşdur:  “Mənə  müsəlmanların  rəhbəri  deyildiyi
               halda onların çətin günlərinin həmdəm və ortağı olmayımmı?”
                     Əlinin nəzərində yoxsulluq və kasıblıq həmin dövrün ən ağrı-
               acı verən cəhəti hesab edilmişdir. Qızının bayram günündə mirvari
               boyunbağı taxmasına ona görə etiraz edir ki, başqa qızlar belə bir
               boyunbağı taxmaq imkanına malik deyillər. Öncə də qeyd etdiyimiz
               kimi, Əli qızının bayramların birində mirvari boyunbağı taxmasına
               qarşı  çıxır  və  icarəyə  götürdüyü  bu  boyunbağını  beytulmala  geri
               qaytarmasını  tapşıraraq  deyir:  “Ey  İbni  Əbu  Talibin  qızı,  haqq
               yoldan  uzaqlaşma,  bayram  günü  ənsar  və  mühacirlərin  bütün
               xanımları bu cür zinət əşyaları taxacaqlar?”
                     Burada diqqət çəkən çox incə məqamlardan biri Əlinin “əyan
               və əşrəfin xanımları” deyil, “bütün xanımlar” deməsidir...
                     Əli  xalqın  idarəçiliyini  öhdəsinə  götürdüyü  ilk  saatdan
               vəzifəsinə məhz bu nöqtədən başlamışdır: “Bütün əhali çörək, su və
               geyimlə təmin edilməlidir!” Bu davranış tərzi sosializm sisteminə
               daha yaxındır.
   154   155   156   157   158   159   160   161   162   163   164