Page 146 - Islamic Studies 07
P. 146

İslamda insan haqları (tarixi araşdırma) / 145



            ümmətə  iftixar  bəxş  edən,  o  dövrün  hətiqət  teşnələri  üçün  yaz  yağışı,
            müsəlmanların başını uca edəcək və dostlarının izzət və şərəfi olacaq şəxs
                             1
            kimi göndərdi.”
                  Başqa bir yerdə isə, besət dönəmində cəmiyyətin  halını aşağıdakı
            kimi şərh edir:
                  Allah  tala  peyğəmbəri  elə  bir  zamanda  göndərdi  ki,  öncəki
            peyğəmbərlərin  besətindən  bu  yana,  millətlər  dərin  yuxuya  qərq
            olmuşdular.  Dünya  fitnə  və  fəsada  bürünmüş,  çirkin  əməllər  artmış  və
            müharibə atəşi hər yarı alova bürümüş, dünyanın nuru sönmüş, yalan və
            məkrlərlə  dolmuşdur.  Həyat  ağacı solmuş  və daha  bar vermirdi.  Həyat
            suyu qurumuş və hidayət nişanələri köhnəlib aradan getmişdi. Azğın və
            həlskedici bayraqlar aşkar olmuş, dünya pis qiyafəsi ilə camaata baxır,
            qəmgin  və  sətr  şəkildə  öz  əhli  ilə  üz-üzə  dayanmışdı.  Cahiliyyət
            dönəmində dünya ağacının meyvələri, fitnə və murdar yem idi. Daxilində
                                                                              2
            vəhşət, iztirab, xaricində isə höhumətin zülm qılıncları var idi.
                 3. İslamda  insan  haqqlarının  quruluşu  və  qanunvecilik  halına
            salınması
                  İslamda  insan  haqqları,  vəhyani  mənşəyə  malikdir.  Qunanın  nazil
            olması  və  peyğəmbərin  zamanında  bu  müqəddəs  kitabın  ayələrinin
            yığılması,    insanı   himayəsinin     və    islamda    insan  haqqlarının
            sistemləşdirilməsinin başlanğıc nöqtəsidir. Peyğəmbər (s)-in metodunun
            praktikaya salınması ilə təkmilləşdirici işlər görüldü və insan haqqlarının
            sistemləşməsi yönündə böyük addımlar atıldı. İnsan haqqlarına aid olan
            ayə və hədislər, islam hüququnda parlayan fəsil bir fəsildir.
                  Hicrətin üçüncü və dördüncü yüzilliklərində islami fiqh və əxlaqın
            sistemləşməsi,  bu  dönəmlərdə  şeyx  Tusiyə  aid  olan  fiqhi  və  əxlaqi
            kitablarda  özünü  göstərir.  İslam  fiqhinin  sonrakı  mərhələlərində  insan
            haqqları  təfəkkürü,  müsəlman  fəhiflərinin  və  hüquqşunaslarının  daima
            əsas müzakirə obyektində olmuşdur. Bu tərtiblə,
                  islamda insan haqqlarının tarixi əvvəl on illiklərinə (milad təqvimi
            ilə  7-ci  əsrin  ikinci  yarısı)  qayıdır  ki,  bu  da  qərb  insan  haqqları  ilə
            müqayisədə on iki əsr daha qədimdir.
                  İnsan haqqlarının, əqidə ilə möhkəm bağlılığının ( Allaha və onun
            şəriətinə  iman)  olması,  İslamın  ən  mühüm  təlimlərdindəndir.    Tövhid
            (Allaha  inam)  ,  məad  (ölümdən  sonrakı  həyata  inam)  hikmək  (hədəfli


            1  Nəhcül-bəlağə
            2  Nəhcül-bəlağə
   141   142   143   144   145   146   147   148   149   150   151