Page 144 - Islamic Studies 07
P. 144

İslamda insan haqları (tarixi araşdırma) / 143



                  Yuxarıdakı  ayələrdə  qeyd  olnan  və  üzərində  təkid    edilən  “onluq
            göstərişlər”,  əslində  peyğəmbərin  insan  haqqlarının  dirçəlməsinə  dair
            təlimlərində olan hədəflərinin bir qismidir:
                 1.  Mən,  şirki  aradan  aparmaq  üçün  seçildim  (  Tövhid  prinsipinin
            müdafiəsi)
                 2.  Ata  və  anaya  yaxşılıq,  mənim  proqramımın  başlanğıc  hissəsidir
            (valideyn hüququna riayət)
                 3.  Mənim dinimdə, səbəbindən asılı olmayaraq uşaq öldürmək qadağandır.
            (uşaq haqqlarının və xüsusi olaraq həyat haqqının təmini)
                 4.  Pisliklərlə  mübarizə,  bəşəriyyəti  gizli  və  aşkar  çirkinliklərdən
            uzaqlaşdırmaq üçün göndərilmişəm. ( Təlim və tərbiyə haqqlarını dirçəltmək)
                 5.  Mənim  şəriətimdə,  bir  insanı  öldürmək  qadağandır  (Həyat  haqqının
            müdafiəsi)
                 6.  Yetimin  malına  xəyanət  etmək,  haramdır.  (  Müliyyət  hüquqlarına
            ehtiram)
                 7.  Mənim ayinimin əsasnaməsi ədalətdir. Bunun üçün də, saxtakarlıq və
            müqavilədə aldatmaq haramdır. (Hüququn təyin və izah olunmasında, ədalət
            prinsipi)
                 8.  Heç  kəsə,  bacarığından  çox  öhdəlik  vermirəm  (Bacarıq  və  öhdəlik
            arasında tənasüblük prinsipi)
                 9.  Danışıqda  ədalətə  riayət  etmək,  Allahın  hökmüdür.  (ifadə  azadlığı
            hüququ və onun həddi)
               10.  Allahla  bağladığınız  əhdə  vəfalı  olun  (  İnsan  həyatında  fəfalılıq
            prinsipinin əsas tutulması)
                  Yuxarıda qeyd olunan “onluq göstərişlər”, “Tövhid”lə başlayır və
            “əhdə vəfa prinsipi” ilə sona çatır. Çünki,  Tövhid və əhdə vəfa prinsipi,
            insan haqqlarının fundamenti və bəşəriyyətin bütün sağlam islahatlarının
            əsasını təşkil edir. Əksinə olaraq isə şirk və əhdi sındırmaq, bütün ictimai
            fəsadların mənşəyi və insan haqqlarına zərbə vuran ən böyük amil hesab
            edilir.  Bunun  üçün  də,  müqəddəs  Quran,  Allahın  ayələrində  olan
            tövsüyələri üzərində düşünməyi təkidlər vurğulayır. Daima düzgün yolda
            qədəmləmək üçün, bu göstərişləri yadımızda saxlamalıyıq. Başqa ifadə ilə
            desk, Allahın əmrlərindən qəflətdə olmaq, bəşəriyyətin daim problemlər
            içərisində qalmasının və insan hüquq və azadlığının taptanmasının başlıca
            amilidir:  “Hər  kəs  Mənim  öyüd-nəsihətimdən  (Qurandan)  üz
                                              1
            döndərsə, güzəranı daralar...”



            1  Ta ha, ayə 124
   139   140   141   142   143   144   145   146   147   148   149