Page 143 - Islamic Studies 07
P. 143
İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, yeddinci sayı (payız-qış / 2024) / 142
Hərçənd ki, bir çox tərixçilər öz çıxardığı nəticəyə müvafiq və bəzən
də öz xeyirləri üçün, islamın insan haqqları və insan ləyaqətinin dirçəlişinə
verdiyi töhfələri, öz əsərlərində qeyd etmişlər. Amma xatırlamaq yerinə
düşərdi ki, peyğəmbər (s)-in dönəmində olan ictimai əlaqələri və insan
haqqlarının dirçəlmə prosesini bir tədqiqatçı üçün ən gözəl və dəqiq
şəkildə açıqlayan mənbələr, Qurani kərim və nəhcül-bəlağədir.
Allah tala belə bir vəziyyət və şəraitdə, peyğəmbəri insanların
hidayəti üçün seçib, hidayət bəxş edən islam hökmlərini insanlara
çatdırmasını və onlardan düzgün yol seçmələrini istəməsini əmr etdi:
De: “Gəlin, Rəbbinizin sizə nələri haram etdiyini oxuyum: Ona
heç nəyi şərik qoşmayın, valideynlərə yaxşılıq edin və yoxsulluq
ucbatından uşaqlarınızı öldürməyin. Sizin də, onların da ruzisini Biz
veririk. Murdar əməllərin aşkarına da, gizlisinə də yaxınlaşmayın.
Allahın, (öldürülməsini) haram buyurduğu şəxsi haqsız yerə
öldürməyin. Allah bunları sizə tövsiyə etmişdir ki, bəlkə anlayasınız.
Yetim həddi-buluğa çatana qədər, – xeyirxahlıq (qoruyub saxlamaq
və artırmaq məqsədilə istifadə etmək) istisna olmaqla, – onun malına
yaxınlaşmayın! Ölçüyə və çəkiyə ədalətlə tam riayət edin. Biz hər kəsi
yalnız onun qüvvəsi çatdığı qədər yükləyərik. Söz söylədiyiniz zaman,
qohumunuz olsa belə, ədalətli olun. Allah qarşısındakı əhdə sadiq
qalın. Allah bunları sizə tövsiyə etmişdir ki, bəlkə, düşünüb ibrət
alasınız. Bu, Mənim doğru yolumdur, onu tutub gedin. Başqa yollara
uymayın. Çünki, (o yollar )sizi Allahın yolundan uzaqlaşdırar. Allah
1
bunları sizə tövsiyə etmişdir ki, bəlkə (pis əməllərdən) çəkinəsiniz”.
2
Bu göstərişlərin oxşarını, digər ayələrdə də müşahidə etmək olar.
Bu ayələr, bir tərəfdən be’sət dönəmində yaşayan insanların bütövlükdə
ruhiyyəsi, əxlaqı, xəstə düşüncəli adətləri və insan haqqlarının qaydasında
olmamasını, digər tərəfdən isə, keçici əxlaqi xəstəliklərin muaciləsi və
insan haqqlarının təminini ən gözəl yolla izah edir. Belə ki, şirk və
bütpərəstəil, valideynə ehtiramsızlıq, öz övladını qətlə yetirmə, insanlığa
sığçayan çirkin əməllər, yetimlərin malına xəyanət, zülm və ədalətsizlik
və intihar nəinki o dövrün ən böyük problemlərindən olub, hətta tarix boyu
bəşəriyyətin mübtəla olduğu ən böyük bəlalardandır.
1 Ənam, ayə 151-153
2 İsra, ayə 31-35