Page 145 - Islamic Studies 07
P. 145
İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, yeddinci sayı (payız-qış / 2024) / 144
Bu “onluq göstərişlər” təkcə islama məxsus deyil, hətta belə desək,
bütün asimani dinlər bu nüanslara diqqət ayırıbdır. Çünki, dinin
qanunvericilik fəlsəfəsi, bəşəriyyəti insani həyata dəvət, insaları öz hüquq
və öhdəlikləri ilə tanış etmək və kamilliyə (Allaha) doğru hidayət
etməkdir. İslamın üstünlüyü budur ki, yuxarıda qeyd olunan mövzunu,
qısa amma kamil şəkildə qarşı tərəfə çatdıra bilmişdir. Sağlam ağıl və
məntiq də həmçinin, yuxarıda qeyd olunan nüansların insan haqqları və
insan ləyaqətinin dirçəlməsində böyük və əvəzolunmaz rola malik
olmasını dərk edir.
Bu hökmlərin icra olunduğu cəmiyyətdə, insanlıq çiçəklənər və insan
haqqları bütövlükdə təmin olar. Bu həqiqət (ən azı 1 dəfə) islamın
əvvəllərində özünü göstərdi. Yuxarıdakı ayəni oxumaqla nəinki “Xəzrəc”
qəbiləsinin başçıları olan Əsəd ibn Zurarə və Zəkvan ibn Əbduqeysi
dəyişdi, hətta mədinənin (Yəsrib) belə taleyini həll etdi. Peyğəmbərin
Allah Quran ayəsini Əsədə oxuduğu zaman, daxilində sanki inqilab oldu
və iman gətirərək dedi: “Ey Allahın Rəsulu! Atam və anam sənə qurban!
Mən Yəsribliyəm və Xəzrəc qəbiləsindənəm. Bizim “Ovs” qəbiləsi ilə
aramızda uzun sürən müharibələr nəticəsində, qəbiləmiz zəifləyib. Bəlkə
sizin köməyinizlə aramızdakı qırılan bağları düzələ.” Onun dostu olan
Zəkvan da həmçinin İslamı qəbul etdi və Allahın hökmlərini xalqa
çatdırmaq və insanları İslam dininə dəvət etmək üçün, peyğəmbərdən bir
neçə nəfəri Mədinəyə göndərməsini xahiş etdi. Bəlkə bu yolla qanlı
davalar öz həllini tapa bilər. Peyğəmbər Məsəb ibn Əmiri onlarla birlikdə
Mədinəyə yolladı. O zamandan Mədinə şəhəri, İslam və İslam
hökumətinin gərərgahı oldu və oranın siyasi və ictimai vəziyyəti tamamilə
dəyişdi.
2. Nəhcül-bəlağənin baxışı ilə, islamın zühuru ərəfəsində insan
haqqlarını vəziyyəti
İmam Əli (ə), bəşəriyyətin besət dönəmindəki vəziyyətini belə
bəyan edir: “Sübhan olan Allah Həzrəti Muhəmməd (s)-i elə bir vaxtda
peyğəmbərliyə seçdi ki, dünya özünün son mərhələsinə çatmış, axirətin
nişanələri yaxın, dünya qaranlığa çevrilmiş və öz əhlini gücdən salmışdı,
dünya yoxluğa, sona hazır və sonluğunun nişanələrini aşkar şəkildə
göstərir, varlıqlar ölüm astanasında, onun həyat zənciri
qırılmış, Dünya bayraqları köhnəlmiş və yırtılmış və ömürlər
qısalmışdır. Allah tala belə bir zamanda peyğəmbəri risalətin təbliğçisi,