Page 149 - Islamic Studies 07
P. 149
İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, yeddinci sayı (payız-qış / 2024) / 148
üzərində hakimiyyətin qurulmasına səbəb oldu. İnsan ləyaqəti, bərabərlik,
azadlıq və insan haqqlarına ehtiram, tədricən unutduruldu.
Əməvilərin İnhisarçılıq və qeyri insani rəftərlarının əleyhinə qiyam
edən Abbasilər, sonralar özləri daha da hiyləgər şəkildə eyni yolu getdilər.
Bu dəfə insanlar ayrıseçkiliyin və ehtiramsızlığın digər formaları ilə
qarşılaşdılar. Bəni Ümməyə xürafi ruhhiyə və milliyyətçilik kimi səhv
düşüncəyə malik olduqlarına görə insanların hüquqlarını pozurdusa, Bəni
Abbas isə, peyğəmbərin nəslindən olduğu düşünərək ayrıseçkiliyə yol
verdilər. Əlbəttə ki, bu iddialar əslində qüdrəti ələ keçirmə məqsədi
güdürdü. Osmanlı imperatorluğu dönəmində isə, İslam dəyərlərindən
uzaqlaşma daha da şiddətləndi. Osmanlı türklərinin ədalətsiz rəftarı və
ayrıseçkiliyi, İslamdan ekstremist və müharibə sevən bir sima
cilvələndirdi. Oslamlı hakimlərinin səhv addımları bir “Qılınc və
müharibə dini” anlayışını, digər tərəfdən isə müxtəlif yanlış təbliğlər
nəticəsində bəzi yanlış fikirlərin meydana gəlməsi rəvac tapdı. Bəziləri isə
bu yanlış zehniyyəti aradan qaldırmaq üçün, atdığı addımlarda ifrata yol
2
1
verdilər. Misal üçün cihad prinsipini edam hökmünü domenantlığın
3
inkarı prinsipi və.s fundamental məsələləri inkar etməklə, “yumşaq
islam” siması yaratmağa çalışdılar. Halbuki, islam zülm etmək və zülmə
boyun əyməyin əleyhinə olub: “Nə zülm edin, nə də sizə zülm
4
olunmasına icazə verin...”
Son iki əsrdə, Qərbin siyasi istismar və mədəni hücumlar
nəticəsində, müsəlmanların əksəriyyəti islama qarşı yadlıq və böhrana
düçar olmuşlar. İslamın insan haqqları mövzusunda olan sifarişlərini
unutmuş və müsəlmanlar arasında yeni düşüncə adı altında yad fikirlər
rəvac tapmışdır. Bəzi mütəfəkkirlər, müsəlman hüquq məsələləri və fərdi
azadlıq mövzusunda, Qərbin insan haqqları məsələrində çıxarışlarından
təsirlənmişlər. Təbii ki, bu iddianı birmənalı olaraq qəbul etmək olmaz.
Çünki, bir çox islam ölkələrinin qanunlarında, islam standartlarına və
şəriətinə uyğun olaraq hökmlər çıxarılmasına riayət olunmuşdur. Hər bir
halda, islam ölkələrinin muasir zamanda verdiyi qərarlar, İslam
5
əməkdaşlıq konfransının “islam insan haqqları”na əsasəndir.
1 Ənfal, ayə 39, Nisa ayə 75, Həcc, ayə 39
2 Ali İmran ayə 118-119
3 Nisa, ayə 141
4 Bəqərə, ayə 279
5 Misir, İslam insan haqqları bəyannaməsi, 5 avqust, 1990-cı il, islam ölkələrinin xarici XİN-i.