Page 148 - Islamic Studies 07
P. 148

İslamda insan haqları (tarixi araşdırma) / 147



            olmayan bir dinə keçdin?” Cəfər cavab verir: “Biz,nadan və bütpərəst xalq
            idik.  Pisliklərdən  çəkinmir  və  daima  çirkin  işlərlə  məşğul  olurduq,
            qonşuların bizim yanımızda heç bir ehtiramı yox idi, Öz yaxınlarımızla
            daima müharivə və dava şəraitində yaşayırdiq. Bu acınacaqlı vəziyyətdə
            yaşadığımız  bir  vaxtda,  bizim  içimizdən  parlayan  keçmişə  sahib  və
            əmanətə sadiq olan biri, Allahım əmri ilə qalxaraq bizi Tövhidə dəvə etdi,
            bütpərəstliyi  rədd  etdi  və  bizə  əmanətə  sadiq  qalmaq,  psiliklərdən
            çəkinmək, yaxınlar və qonşularla gözəl rəftar və onlara yaxşılıq etməyi
            tövsüyə  etdi.  Bizi  Qan  tökməkdən,  yalandan  şəhadət  verməkdən,
            yetimlərin malini yeməkdən, qadınların adına pis sözlər çıxartmaqda və
            qeyri qanuni uşaq dünyaya gətirməkdən  çəkindirdi. Habelə, bizi namaz
            qılmağa, oruc tutmağa və malımızın vergilərini ödəməyə dəvət etdi. Biz
            də həmçinin ona iman gətirdik, tək olan Allaha sitayiş və pərəstiş etdik və
            onun bütün gğstərişlərinə iman etmişik. Onun halalını halal, haramını isə
            haram bilirik.
                  Cəfərin ilhamlandırıcı və gözəl bəyanı, bu şəxsə böyük təsir etmişdi.
            Bu sözlərdən sonra O, ətrafındakılarının müsəlmanlara qrdaşı pis fikirdə
                                                                                        1
            olmasına  baxmayaraq,  müsəlmanlara  bütövlükdə  azadlıq  verdi.
            Peyğəmbər (s)-in insan haqqları barəsindəki düşüncələri öz dinamikliyi ilə
            irəlilədi,  dostları  və  risalət  məktəbinin  yetirmələri  bu  yolda  hərəsi  öz
            işlərinə  davam  etdilər.  Bu  arada  İmam  Əli  (ə)  digərlərindən  daha  çox
            dəyərli və təqdirəlayiq işlər gördü. Biz bunu Rəsulallah
                  məktəbinin ən kamil yetirməsi olan, Əmirəl möminin (ə)-in, Misir
            valisi təyin etdiyi Malik Əştərə məktubunda görə bilərik: Öz qəlbini xalqa
            mehriban davranmaqla ört, hamı ilə dost və mehriban ol. Nəbadə yırtıcı
            heyvanlar kimi, onların haqqını yeməyi özünə qənmimət biləsən. Çünki
            insanlar  iki  qrupdurlar:  Bir  dəstəsi  sənin  din  qardaşların,  digərləri  isə
            yaradılışda və insanlıqda səninlə bərabərdirlər. 2
                  İnsanın  hüquq  və  azadlığının  müdafiəsi,  ayrıseçkiliklə  mübarizə,
            ictimai ədalətin bərpası üçün rəqabət və təlaş, İmam Əli (ə)-ın insanın,
            ədalət şüarının təməlini qoyan dəyərli işlərindəndir.
                  Amma təəssüflər olsun ki, Əməvilər silsiləsinin iş başına gəlməsi ilə,
            İslam idarəçiliyi səltənət sisteminə çevrildi. İslam dəyərlərinin təhridi və
            qüdrətin maliyyə və zor gücünə ələ gəlməsindən yaranan problemlərdən
            təbəqələşmə,    ayrıseçkilik,  islam  maarifindən  uzaq  düşən  məntəqələrin


            1  Muhəmməd ibn Haşim, Əs-sirətul nəbəviyyə
            2  Nəhcül-bəlağə
   143   144   145   146   147   148   149   150   151   152   153