Page 141 - Islamic Studies 07
P. 141

İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, yeddinci sayı (payız-qış / 2024) / 140



                 Giriş
                  Qərb  düşüncəsinin  əksinə  olaraq,  insan  haqqları  dinlərdə,
            ümumdünyəvi keçmişə və müxtəlif fəlsəfələrə malikdir. Bu yanaşma ilə
            aydın olur ki, insan haqqlarının tarixi, insan yaranan günə qayıdır. İnsan
            haqqları düşüncələri və onu himayə etmək, ilahi dinlərdə və xüsusi olaraq
            islamda çox aydın şəkildə özünü biruzə verir. Belə ki, yaradılış barədə
                                                                    2
                               1
            düşünməyə dəvət , insana həyat bəxş edən nüanslar  və bəşər həyatının
                       3
            müdafiəsi  ,  dinin ən mühüm təlimləri və ictimai ədalətin bərpası üçün
                                                                                       4
            insanları hidayəti, Allah elçilərinin ən böyük missiyalarından olmuşdur.
                  İslamın fundamental hədəfləri və mesajları göstərir ki, bu müqəddəs
            dinin təlimləri, insan haqqlarının rəvac tapmasında böyük rolu oynayıb və
            oynayır. Belə ki, Allah dininin qanunvericilik olmasında hədəf Tövhidin
            rəvac tapması, insanların haqqa tərəf hidayəti, insan haqqlarının müdafiəsi
                                    5
            və  zülmkar  tağutlarla  mübarizədir.  Allah  elçilərinin  ictimai  ədalətin
            bərqərar  olması  və  ictimai  təbəqələşmənin  qarşısını  almaq  üçün  etdiyi
            təlaşlar, bəşər tarixinin ən üstün addımları hesab edilir. Həzrəti İbrahim
            (ə)-ın Nəmrudla mübarizəsi, həzrəti Musa (ə)-ın, Bəni İsrailin qurtuluşu
            üçün  Fironla  qarşıdurması,  yahudilərin  dinin  təhrif  etməsinə  və  dini
            istibdada  qarşı  həzrət  İsa  (ə)-ın  təlaşı  və  həzrəti  Muhəmməd  (s)-ın
            müşriklər  və  bütpərəstlərin  müqabilində  qiyamı,  çağdaş  zamanın  insan
            haqqları hərəkatına stimul bəxş edə və tarix yazacaq nümunələr ola bilər.
                  Məsələyə  insafla  baxsaq,  İnsan  haqqları  tarixini  seyr  edincə  bu
            mövzuda ən böyük əmək, ilahi dinlərin və məxsusən də islamın payına
            düşdüyünü görürük. Bu həqiqəti görmək üçün isə, bəşər tarixinin müxtəlif
            dönəmlərində  insan  haqlarının  praktikası  zamanı,  mövcud  olan  şəraitə
            diqqət yetirmək lazımdır.
                 1. Qurani Kərimə görə, İslam dininin meydana gəldiyi dönəmdə
            insan haqqlarının bərbad vəziyyəti


            1  Şübhəsiz ki, toxumu da, çərdəyi də Allah çatladır. O, ölüdən diri çıxarır, diridən isə ölü
            çıxarır. Budur Allah! Siz necə də (haqdan) döndərilirsiniz! (Ənam surəsi, ayə 95)
            2  Ey iman gətirənlər! (Peyğəmbər) sizi, həyat verəcək şeylərə çağırdığı zaman Allahın və
            Peyğəmbərinin çağırışına cavab verin. Bilin ki, Allah insanla onun qəlbi arasındadır (onun
            istəyinə çatmasına mane ola bilər) və siz Onun hüzuruna toplanılacaqsınız. (Ənfal surəsi, ayə 24)
            3  ...kim bir adamı öldürməyən və ya yer üzündə fəsad törətməyən bir şəxsi öldürərsə, sanki
            bütün insanları öldürmüşdür... (Maidə suarəsi, ayə 32)
            4  Onlarla birlikdə Kitab və tərəzi nazil etdik ki, insanlar ədalətli olsunlar... ( Hədid surəsi, ayə 25)
            5  Tağut, islam prinsiplərinə zidd olan hakimiyyətə deyilir.
   136   137   138   139   140   141   142   143   144   145   146