Page 136 - Islamic Studies 07
P. 136

Həqiqi irfanın xüsusiyyyətləri / 135


                               1
            üçün  işləyirdilər.   Onların  (ə)  yerinə  iş  görməyə  hazır  olan  şəxslərin
            valığına baxmayaraq, onlardan (ə) heç biri özünü iş görməkdən ehtiyacsız
            görmürdü.  Burada,  bu  zəmində  yüzlərlə  tarixi  nümunədən  ikisi  ilə
            kifayətlənirik:
                  Məhəmməd  ibn  Mundəkir  adlı  bir  şəxs  deyir:  “İsti  bir  gündə
            Mədinədən kənara çıxdım. Məhəmməd ibn Əlini (İmam Baqir (ə)) öz iki
            qaradərili  qulamı  ilə  işlədiyini  gördüm.  Bu  mənzərəyə,  yəni  bir  şəxsin
            dünya üçün özünə bu qədər əziyyət verməsinə narahat oldum və öz-özümə
            dedim:  gərək  ona  (ə)  nəsihət  edəm.  Yaxınlaşıb  salam  verdim.
            Yoğunluqdan təngnəfəs olduğu və başından, saqqalından tər axan halda
            salamımın cavabını verdi. Ona (ə) dedim: “Heç düşünürsənmi ki, əgər bu
            halda ölüm sənin sorağına gəlsə, Allaha nə cavab verəcəksən?!”. İmam
            Baqir  (ə)  cavabında  buyurdu:  “Əgər  bu  halda  ölüm  məni  yaxalasa,
            həqiqətdə mənim ölümüm Allaha ibadət etdiyim halda gəlmiş olar. Mən
            bu ibadətlə özümün və ailəmin sənə və başqalarına ehtiyaclı olmasının
            qarşısını  alıram.  Ölümün  yetişməsindən  o  zaman  qorxmalıyam  ki,  o,
                                                                                  2
            mənim günah və Allaha itaətsizlik halında sorağıma gəlmiş olsun”.
                  İmam Sadiqin (ə) dostlarından biri deyir: “İmam Sadiqi (ə) əlində
            bel,  əynində  qalın  libas  öz  şəxsi  sahəsində  işləyən  halda  gördüm.
            Kürəyindən tər axırdı. O həzrətə (ə) dedim: “İcazə verin sizin yerinizə mən
            işləyim”.Cavabında dedi: “Mən xoşlayıram ki, insan məişət ehtiyaclarını
                                                                              3
            təmin etmək üçün isti Günəşin çətinliyinə, əziyyətinə dözsün”.
























            1  “Furuu-Kafi”: Kuleyni, “Ruzi Qazanmaqda İmamların Yolunu Getmək” bölməsi, c.5, h.10.
            2  Həmin yerdə, h.1.
            3  Həmin yerdə, h.13.
   131   132   133   134   135   136   137   138   139   140   141