Page 135 - Islamic Studies 07
P. 135

İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, yeddinci sayı (payız-qış / 2024) / 134


            olmasa və insanın bu vücudi cəhətini ümumiyyətlə görməməzliyə vursa,
            elə həmin həddə də həqiqi irfandan fasiləsi olar.
                  İrfanın  hədəflərindən  biri  insanı  “kamil  insan”  məqamına
            çatdırmaqdır. Kamil insan, yəni “Bütün İlahi ad və sifətlərin məzhəriyyəti
            (təcəssümü) olmaq”. İnsanın Allahın başqa məxluqları ilə fərqi budur ki,
            insan bütün İlahi adların, sifətlərin və fellərin məzhəridir (təcəssümüdür).
            Hansı ki, digər məxluqların hər biri Allahın ad, sifət və fellərindən bir,
            yaxud  bir  neçəsinin  təcəssümüdür.  Hətta  mələklər  belə  bütün  ad  və
            sifətlərin  təcəssümü  deyil.  Bəqərə  surəsinin  30-cu  ayəsindən  alınan
            nəticəyə  əsasən,  mələklər  yalnızca  “Subbuh”  və  “Quddus”  adlarının
            təcəssümüdür. Əlbəttə, bütün İlahi ad, sifət və fellər bütün insanlarda aktiv
            olaraq  mövcud  deyil.  Amma  insanda  bütün  bunların  təcəssümü  olmaq
            üçün istedad var. İrfan iddia edir ki, bu istedadları aktivləşdirmək yolunda
            insanın öz ixiyarı ilə hərəkət etməsi üçün bir yol göstərə bilər. Amma bir
            şəxs  irfan  adı  və  bu  potensialları  aktivləşdirmək  məqsədi  ilə  insani
            qüvvələrdən  birinin  fəaliyyətini  saxlamaq  istəsə,  bu  zaman  irfanın
            hədəfinə yetişə bilməz. Həqiqi irfan o irfandır ki, əgər düzgün tanınsa və
            ona kamil şəkildə əməl olunsa, insanın bütün vücudi yönlərini əhatə və
            onu son kamalına tərəf sövq edər.

             •  5. DÜNYA VƏ AXİRƏT ARASINDAKI ƏLAQƏNİN DÜZGÜN
                 TƏYİN OLUNMASI
                  Həqiqi irfanın xüsusiyyətlərindən başqa birisi budur ki, o heç vaxt
            anti-dünya  deyil.  Bu  mənada  ki,  dünyəvi  həyata  alçaq  bir  həyat  kimi
            yanaşmır.  Dünyanı  axirətin  müqəddiməsi,  başlanğıcı  və  ona  yetişmək
            üçün bir körpü hesab edir. Dünyadan mütləq şəkildə uzaqlaşmağa dəvəti
            və  onun  tələblərini  görməməzliyə  vurmağı  yalançı  irfanların
            xüsusiyyətlərindən olduğunu deyir. Din övliyaları da həmçinin bu düşüncə
            ilə ciddi mübarizə aparmışlar. Bu zəmində Süfyan Suri və onun dostları
            ilə İmam Sadiq (ə) arasında baş verən əhvalat məşhurdur. Bu dialoqda
            İmam  (ə)  din  və  dünyanın  ayrı  olması  əqidəsi  ilə  ciddi  şəkildə
            müxaliffətçilik edir və bu əqidənin fikri müdafiəçilərini ifşa edir.
                                                                                1
                  Dünya  və  axirətin  möhkəm  bağlılığını  peyğəmbərlərin  (ə)  və
            imamların (ə) əməli sünnələrində müşahidə etmək olar. İstisnasız olaraq
            onların (ə) hamısı özlərinin və ailələrinin maddi ehtiyaclarını təmin etmək



            1  “Furuu-Kafi”: Kuleyni, c.5, 1-ci hədis.
   130   131   132   133   134   135   136   137   138   139   140