Page 130 - Islamic Studies 07
P. 130

Həqiqi irfanın xüsusiyyyətləri / 129


                 Həqiqi irfanın şərtləri
             •  1. AĞIL İLƏ ZİDD OLMAMAQ
                  Həqiqi  irfanın  əsas  xüsusiyyətlərindən  biri,  onun  ağıl  üzərində
            qurulması, ağıla əsaslanmasıdır. Həqiqi irfan ağılın fövqündəki bir fəza
            haqqında  danışsa  da,  amma  heç  vaxt  ağılın  ziddinə  olan  bir  şeyə
            söykənmir və onun ziddinə olan bir nəticəyə yetişmir. Başqa sözlə: həqiqi
            irfan irrasional (ağıla aid olmayan, ağıl ilə isbat oluna bilməyən, ağılın
            imkanlarındna  xaric  olan,  isbatolunmaz)  fenomenlərə  özündə  yer  verə
            bilər, amma heç vaxt anti-ağıl və ağılın ziddinə olan şeylərə etina etmir və
            əsaslanmır.  Buna  görə  də  İslam  irfanı  həmişə  ağıla  diqqət  etməyə  və
            düşünməyə  dəvətə  təkid  etmişdir.  Heç  vaxt  həqiqi  ariflərin  və  din
            övliyalarının sözlərində ağıla və təfəkkürə, düşünməyə etinasızlıq, yaxud
            onu görməməzliyə vurmaq görünməmişdir. Amma insanın yaratdığı saxta
            və  yalan  irfanlar  özünü  ağılla  zidd  görür,  buna  görə  də  həmişə  ağılın,
            təfəkkürün əleyhinə danışır, öz ardıcıllarını ağıl və məntiqə göz yummaqla
            dəvət edirlər.
                  Kimsə  deyə  bilər  ki,  İslam  irfanın  bir  çox  böyük  şəxsiyyətləri
            tərəfindən  “ağıl”,  “məntiq”,  “əqli-nəticə”,  “təfəkkür”  məzəmmət
            olunmuşdur. Böyük müsəlman ariflərindən bəzilərinin təbirlərində ağılın,
            əqli-nəticənin, təfəkkürün əleyhinə qarşı kobudluq o həddədir ki, sanki
            onlar  elm,  bilik,  qneseoloji  sahələrin  hər  birində  hər  növ  təfəkkür  və
            düşüncə ilə müxalifdirlər. Görəsən bu müxalifətçiliyin səbəbi nədir?
                  Biz  bu  haqda  başqa  yerlərdə  danışmış,  ağıl  ilə  irfanın  rabitəsi  və
            müsəlman ariflərin nəzərində ağılın, düşüncənin mövqeyini geniş şəkildə
                          1
            araşdırmışıq.   Buna  görə  də,  burada  bu  haqda  bir  neçə  qısa  nöqtə  ilə
            kifayətlənirik:
                  Birinci  nöqtə  budur  ki,  həqiqətdə  müsəlman  ariflərin  ağılı  təhqir
            etməkdən  məqsədi  onun  qəlb  mərtəbəsindən  daha  aşağı  mərtəbədə
            olduğunu  göstərmək  və  qəlb  mərtəbəsindən  daha  aşağı  mərtəbədə
            otuzdurmaqdır. Ariflər işraqi (feyz olunan) və intiutuv (şühudi) idrakların
            arxasıncadırlar  və  bu  növ  maariflər  ağıl  və  dəlilgətirmə,  əqli-nəticə  ilə
            hasil olmur. Bu növ idrak – dadmaq, görmək kimidir, belə idrak bürhanla
            (sübutla) əldə olunmur. Buna əsasən ariflərin nəzərinə görə ağıl və qəlb
            arasındakı müqayisə qəlb üstündür. Bu sözün mənası əsla ağıl, dəlil və




            1  “Ağıl Və Vəhy”, Həsən Şərifi.
   125   126   127   128   129   130   131   132   133   134   135