Page 125 - Islamic Studies 07
P. 125
İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, yeddinci sayı (payız-qış / 2024) / 124
Nəticə
İmam Əli (ə) əmanətdarlığı imanın yanında qərar verir və buyurur:
“Əmanətdar olmayanın imanı da yoxdur.”
Həzrət Əli (ə) təqvalıların xüsusiyyətlərindən birinin əmanətdarlıq
və Allahın əmr etdiklərini qoruyub saxlamaq, riayət etmək olduğunu deyir
və buyurur: “Təqvalı şəxs ona tapşırılan şeyi zay etməz.”
İmam (ə) öz sözlərindən birində buyurur: “Kim əmanəti yüngül
saysa, özünü xəyanət vadisinə atsa özünü və dinini ondan paklamazsa,
özünü dünyada zəlil, alçaq və rüsvay edər. Qiyamət günü isə daha zəlil,
daha da rüsvay olacaq. Həqiqətən də ən böyük xəyanət, xalqa xəyanət, ən
pis hiyləgərlik hakimlərin hiyləgərliyidir.”
Müdiriyyət və rəhbərlik vilayət və imamətin mərtəbələrindən olan
xüsusi əmanətlərdəndir. Müdirlər və rəhbərlər hər şeydən öncə bu prinsipə
etiqad etməli və öz baxışlarını bu prinsipə əsasən qurmalıdırlar.
İdarəçilik və rəhbərliyə əmanət kimi baxmaq həm geniş təsirə malik
olmasına əsasən, həm də onunla bağlı psixoloji məsələlər cəhətindən
xüsusi əhəmiyyətə malikdir. Çünki vəzifə sevgisi üsyankar istəklərdən,
şeytanın tələlərindən və yolazdırıcı vəsvəsələrdəndir. Digər tərəfdən də
qüdrət zərərlər və bir çox fərdi-ictimai ziyanlar yaranmasına zəmin yarada
bilər.