Page 122 - Islamic Studies 07
P. 122
Nəhcülbəlağədə əmanətdarlıq / 121
Əmanət və idarəçilik
İslam nəzərindən müdiriyyət vəzifəsi müdirə tapşırılan əmanətdir və
o, ixtiyarında əmanət olan bu məqamı ciddi şəkildə nəzarətdə saxlamalıdır
və müdiriyyətə, məsuliyyətə onun qayda-qanunlarına uyğun olaraq
əmanətdar olmalıdır. Allah-taala Quranda buyurur: “...Allah sizə
1
əmanətləri öz sahiblərinə qaytarmanızı əmr edir.”
Hər çənd əmanət bu ayədə sözün ümumi mənasında əmanətin bütün
növlərinə şamil olur, amma İmam Sadiqdən (ə) gəlmiş rəvayətdə tam və
kamil müdiriyyət olan “imamət” əmanət kimi təfsir olunmuşdur: “Allah
öncəki imama əmr edib ki, əmanət və İslam cəmiyyətinin müdiriyyətçiliyi
2
olan imaməti özündən sonrakı imama tapşırsın.”
İdarəçilik və müdiriyyət imamətin mərtəbələrindən olan xüsusi
əmanətlərdəndir. Müdirlər və rəhbərlər hər şeydən əvvəl bu prinsipə
inanmalı və öz baxışlarını bu bünövrə əsasında qurmalıdırlar.
İmam Əli (ə) bir məktubda Azərbaydandakı nümayəndəsinə belə
yazmışdır: “İdarəçilik və hakimiyyət sənin üçün qida deyil, əksinə, sənin
boynunda bir məsuliyyət və əmanətdir. Səndən üstün olan (İmam (ə)
özünü deyir) istəyir ki, onu qoruyasan və camaatın işlərində öz istəyinə və
meylinə uyğun hərəkət etməyəsən, yaxud böyük işlərə qayda-qanunsuz,
meyarsız əl atmayasan. Sənin ixtiyarında olan mal Allaha məxsusdur və
sən onu mənə qaytarmaq üçün bir xəzinədarsan. Ümid edirəm ki, sənin
üçün pis rəhbər olmaram.”3
Nəhcül-Bəlağədə camaatın həqiqi hüquqları, onların dövlət
qarşısında layiqli yeri, məqamı və hökmranlığın həqiqi məqamının
əmanətdarlı, xalqın hüquqlarının qorunması olduğu unudulmamışdır.
Əksinə, ona ciddi şəkildə diqqət olunmuşdur.
Əmanət həzrət Əlinin (ə) nəzərində maddi nəzərlə baxılan
əmanətlərdən fərqlidir. Maddi baxışda müdiriyyət ictimai bir əmanət kimi
qarşılana bilər, amma bu əmanətin İlahi baxışda üç guşəsi var: Allahın
əmanəti, camaatın əmanəti, rəhbərlərin əmanəti. Nəhcül-Bəlağədə həzrət
Əlinin (ə) sözlərində hər üç əmanətə işarə olunmuşdur. Əlbəttə, bu
əmanətlər şaquli və rütbələnmiş əmanətlərdir. Onun kökü – İlahi əmanət,
bunun ardınca da ictimai əmanət, daha sonra isə müdirlərin əmanəti
məsuliyyət mərtəbələri silsiləsindədir.
1 Nisa-58.
2 “Əl-Mizan”, c. 4, s. 410.
3 “Nəhcül-Bəlağə”, 5-ci məktub.