Page 123 - Islamic Studies 07
P. 123

İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, yeddinci sayı (payız-qış / 2024) / 122

                  İmam  (ə)  bir  məktubda  Azərbaycandakı  nümayəndəsinə  yazır:
            “Nəbadə güman edəsən ki, sənə tapşırılan hakimiyyət əlinə düşmüş bir
            ovdur. Xeyr! Bu, sənin bynuna qoyulmuş bir əmanətdir. Səndən üstün olan
            səndən camaatın hüququnu qorumağı və ona riayət etməni istəyir. Nəbadə
                                                                           1
            camaat arasında zülmlə, yaxud istədiyin kimi rəftar edəsən.”
                  O həzrət (ə) vergiləri yığan məmurlar üçün yazılmış bir göstərişdə
            bir neçə cümlə nəsihətdən və xəbərdarlıqdan sonra buyurur: “Ədalətə və
            insafa riayət edin. Xalqın sizə yaxınlaşmağına imkan yaradın, səbirli olun.
            Onların  istəklərini  yerinə  yetirməkdə  hövsələsizlik  etməyin.  Çünki  siz
            camaatın xəzinədarısınız, xalqın nümayəndəsi, hökumətin səfirisiniz.”
                                                                                     2
                  Malik  Əştərə  yazdığı  məşhur  göstərişində  buyurur:  “Xalqla
            mehribanlığı  qəlbinin  libası  et.  Hamı  ilə  dost  və  mehriban  ol.  Nəbadə
            vəhşiliyi  və  yeməyi  fürsət  görən  bir  yırtıcı  kimi  rəftar  edəsən.  Çünki
            camaat sənin kimi müsəlmandır, ya sənin dini qardaşın, ya da ki, qeyri-
                                                       3
            müsəlman və sənin kimi bir insandırlar.”
                  Nəhcül-Bəlağə  məntiqində  imam  və  rəhbər  camaatın  hüquqlarını
            qoruyan  və  onların  qarşısında  məsuldur.  Əgər  rəhbər  və  camaatın
            ikisindən hər hansı biri o birinin ixtiyarında durmalıdırsa, yaxud qulluq
            etməlidirsə,  camaat  rəhbərin  yox,  əksinə,  rəhbər  camaatın  ixtiyarında
            olmalıdır, ona qulluq etməlidir.
                  Əmanətdarlığın  başqa  bir  nümunəsi  də  müdirin,  məsul  işçinin
            əmanətdar olmasıdır. Təbiidir ki, dövlət nümayəndəsinin ixtiyarında mal,
            namus,  heysiyyət,  şərəf,  abır  və  camaatın,  xalqın  həyati  məsələləri
            qoyulmuşdur  ki,  bu  nümayəndə  həmin  əmanətləri  qoruyub  saxlasın.
            Əmanətdarlıq nəinki yalnız maliyyə və iqtisadi məsələlərdədir. Əksinə,
            nümayəndə yuxarıda sayılanların hamısında, hətta dövlət tərəfindən onun
            öhdəsinə  qoyulmuş  çox  böyük  bir  əmanət  olan  vəzifə  və  məqamda  da
            məsuliyyətli olmalıdır.
                  İmam Əli (ə) buyurur ki, əmanətdarlıqda əmin və bu xüsusiyyətdə
            başqalarından öndə olan, məşhur olan adamı seçim zamanı başqalarından
            üstün tutun.
                  Diqqətə  layiq  olan  nöqtələrdən  biri  budur  ki,  müdiriyyət  və
            hakimliyə bir əmanət kimi baxılması həm onun geniş təsirə malik olması,
            həm  də  onunla  bağlı  psixoloji  məsələlər  cəhətindən  xüsusi  əhəmiyyətə


            1  Həmin yerdə, 5-ci məktub.
            2  Həmin yerdə, 51-ci məktub.
            3  Həmin yerdə, 53-cü məktub.
   118   119   120   121   122   123   124   125   126   127   128