Page 124 - Islamic Studies 07
P. 124
Nəhcülbəlağədə əmanətdarlıq / 123
malikdir. Çünki vəzifə sevgisi üsyankar istəklərdən, şeytanın tələlərindən
və yolkəsən vəsvəsələrdəndir. Digər tərəfdən də qüdrət zərərlər və bir çox
fərdi-ictimai ziyanlar yaranmasına zəmin yarada bilər. Həzrət Əli (ə) bu
barədə Məalik Əştərə xitabında buyurur: “Demə ki, mən məmuram buna
görə də, əmr edirəmsə itaət olunmalıdır. Çünki bu əməl qəlbə fəsadın daxil
olmasına, dinin zay olmasına və qüdrətdə dəyişikliyin baş verməsinə
1
səbəb olar.”
Bu minvalla, həzrət Əlinin (ə) nəzərində müdirlərin məsuliyyətə
baxışlarındakı birinci prinsip budur ki, müdir gərək qəbul etdiyi
məsuliyyətə bir əmanət kimi yanaşsın. Hansı ki, bu əmanət mərtəbələr
silsiləsində Allahdan Onun vəlisinə, Onun vəlisindən də müdirə
tapşırılmışdır və onun bütün səyi bu əmanətə riayət etmək olmalıdır.
1 Həmin yerdə.