Page 119 - Islamic Studies 07
P. 119

İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, yeddinci sayı (payız-qış / 2024) / 118

                 Giriş
                  “Əmanət”  lüğətdə  “əmn”  kökündən  alınmış  və  aramlıq,  asayiş
            mənasınadır. Termin olaraq isə bir şeyin başqasına tapşırılmasına və onu
            qoruyacağına  etimad  edilməsinə  deyilir.  Buna  görə  əmanətin  bir  neçə
            sütunu  var:  Əmanət  verən,  əmanət  alan,  əmanət  verilən  şey  və
                                    1
            əmanətdarlığın şərtləri.
                  Əmanət  həzrət  Əlinin  (ə)  kəlamında  müxtəlif  təbirlərlə  gəlib  və
            bütün bu təbirlər vahid cəhətə malikdir. Bu təbirlər aşağıdakı şəkillərdə
            bəyan olunmuşdur:
                  - Əmanətdarlıq – əmanəti qəbul edən bir adam üçün fəzilətdir.
                  - Əmanətdarlıq – ona riayət edən şəxs üçün düzgünlük və səadətdir.
                  - Əmanətdarlıq  –  qoruyub  saxlamaqdır  (yəni,  camaatın  malını  və
            sirrini qorumaq).
                  - Gözəl əmanətdarlıq – insanın etiqadlarının başında gəlir.


                 Həzrət Əlinin (ə) nəzərində əmanətdarlıq
                  İmam  Əli  (ə)  təqvalıların  xüsusiyytlərindən  birinin  əmanətdar
            olmaları və Allahın onlara əmr etdiyi şeyləri qoruyub saxlamaları hesab
                                                                                 2
            edir və buyurur: “Təqvalı şəxs ona tapşırılan əmanəti zay etməz.”
                  Bu şeylərdən biri 5 namazdır.
                  Allah-taala  buyurur:  “(Vacib)  namazlara,  (xüsusilə)  orta  namaza
                                                                     3
            (günortadan sonrakı əsr namazına) riayət (əməl) edin.”
                  “Axirətə iman gətirənlər ona da iman gətirər, namazlarını da qoruyub
            saxlayarlar (vaxtı-vaxtında qılarlar).”
                                                   4
                  Namazı qorumaq (hifz etmək) Qurana və “Məad”a (ölümdən sonrakı
            həyata) inanan möminlərin xüsusiyyətlərindən hesab olunur.
                  Burada  qorumaqda  məqsəd  namazın  vaxtlarını,  həddlərini,
            qaydalarına  və  şərtlərinə  riayət  etmək,  onu  davamlı  olaraq  yerinə
            yetirməkdir  və  qorumağın  əksi  isə  namazda  və  onun  xüsusiyyətlərində
            süstlük, tənbəllikdir.
                  Həmçinin,  qoruyub  saxlanılması  bizə  vacib  olan  şeylərin  ən
            böyüklərindən  biri  Allahın  “Kitab”ı  və  həzrət  Peyğəmbərin  (s)  “Əhli-
            Beyt”idir. Yəni, Səqəleyn hədisində gələn həmin iki qiymətli gövhərdir.

            1  “İmam Əli (ə) nəzərindən hakimiyyət və müdiriyyətə baxış”, Əlirza İraqi, s. 22.
            2  “Nəhcül-Bəlağə”, 193-cü xütbə.
            3  Bəqərə-238.
            4  Ənam-92.
   114   115   116   117   118   119   120   121   122   123   124