Page 115 - Islamic Studies 07
P. 115

İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, yeddinci sayı (payız-qış / 2024) / 114

               bəyənilməyən qəzəb, təəssübkeşlik, etinasızlıq, təkəbbür, hər hansı
               psixoloji problem və s. kimi nəfsani xüsusiyyətlər ona öz cahilliyini
               anlamağa heç cür imkan vermir.
                     Cəhl də bilik və elm kimi “təsəvvür” və “təsdiq”ə bölünür. Ze-
               hində “rəng” və “qızıl” haqqında təsəvvürün olmaması və “qızılın
               sarı olmasına” dair biliyin olmaması kimi.
                     Sokrat və: “Mən bircə onu bilirəm ki, heç nə bilmirəm!”
                     Bu məşhur kəlamın müəllifi Sokrat, ömrünün axırına qədər cə-
               halətlə mübarizə apardı.
                     Deyilənə görə böyük Sokrat, aləmin, həyatın mənasının, fəlsə-
               fəsinin  və  həyat  haqqında  bilgilərinin  həyatın  həqiqi  mənasından
               fərqli olduğunu dərk etdikdən sonra belə qərara gəlir ki, əslində, o,
               heç  nə  bilmir.  Onun  bu  cür  etirafı  təvazökarlığının  son  həddini
               göstərirdi.

                     Şəhərin  küçələrində,  bazarlarında  dolanan  Sokrat,  insanları
               zəncirvari olaraq bir-birinə bağlı adi söhbətlərdən, həyatın ali möv-
               zularına yönəldirdi. Suallarla danışaraq, nəhayət, onları bu dialoqda
               cavab verə bilməyəcəkləri məsələlərlə üz-üzə qoyurdu. Bununla be-
               lə o deyirdi: “Mənim sizdən fərqim budur ki, siz bilmirsiniz, bilmə-
               diyinizi  də  bilmirsiniz,  ancaq  mən  bilirəm  ki,  bilmirəm”.  O  bu
               sözləri ilə insanlara, onların İmam Sadiqin (ə) yuxarıdakı kəlamda
               dediyi dördüncü növ insanlardan olduqlarını başa salmaq və onları
               birinci növdən (alimlər) ola bilməsələr də, heç olmasa, üçüncü növ
               (cahil) insanların sırasına yüksəltmək istəyirdi.
                     Dünyanı öz yaşadıqları tərzdə qəbul edən insanlar isə Sokratın
               bu sualına cavab verməkdən boyun qaçırırdılar. Çünki bu sual insanı
               həqiqəti  axtarmağa  məcbur  edir,  onu  içində  olduğu,  ətinə,  qanına
               qarışdığı ideologiyasını atmağa çağırır.
                     Bu minvalla Sokratın səs-sədası bütün Yunanıstanı bürüdü. İn-
               sanlar ya onun ətrafına, ya da əleyhinə toplaşırdılar. Cəhalət libasını
               özlərinə həmişəlik geyim seçənlər, Sokratın bu hikmətindən tamamilə
               usanıb, onun zindana düşməsinə və məhkəməyə verilməsinə səbəb
               oldu. Sokratın Platon kimi dahi şagirdləri, imkanlı tərəfdarları ona:
               “Zindandan  qaçmaq  üçün  nə  lazımdırsa  edək!”,  –  deyə  müraciət
               etdilər.  Amma  Sokrat  yenilməz  iradəsindən,  qəti  əqidəsindən
               dönməyərək zindanı seçdi. Nəhayət, onun məhkəməsi quruldu və ona
   110   111   112   113   114   115   116   117   118   119   120