Page 111 - Islamic Studies 07
P. 111
İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, yeddinci sayı (payız-qış / 2024) / 110
Həmçinin hər bir vasitəli idrakı özü də vasitəsiz dərk olunur
(ümumiyyətlə idrakın tərifinə əsasən)
2. Vasitəli idrak vasitə ilə, vasitəsiz idrak isə vasitə olmadan
baş verir.
3. Vasitəsiz idrak “fərdi”, vasitəli isə “ümumi”dir. Yəni
vasitəsiz idrak sayəsində yaranan biliyin obyektiv aləmdəki
nümunəsi vahiddir və elə həmin dərk olunan obyektin özüdür.
Amma vasitəli idrakın obyektiv aləmdəki nümunəsi vahiddən
çoxdur.
Hissi, xəyali və əqli idrak
İnsana, digər canlılardan fərqli olaraq onun yoluna işıq saçan
bir nemət – təfəkkür verilib. İndi isə görək digər canlılar düşünən
varlıq olmamasına baxmayaraq, insanla hansı xüsusiyyətlərdə
ortaqdır, hansında isə ortaq deyil?
Yuxarıdakı idraklar öz növbəsində, zehnin malik olduğu “duy-
ğu“, “xəyal“, “vahimə“ və “ağıl“qüvvələri sayəsində meydana gəlir.
Qeyd edək ki, bu qüvvələr sayəsində zehində yaranan biliklər və
məlumatlar “hafizə” qüvvəsinin vasitəsilə qorunub saxlanılır.
1. Hissi
2. Xəyali (və təxəyyül)
3. Əqli (rasional)
Hissi idrak
Dünyaya yeni gələn insanın məlumatları tədricən əmələ gəlir.
Yəni əvvəldə onun yuxarıda qeyd etdiyimiz ağıl ilə yaranan əqli
(rasional) idrakı olmur. Amma aşağıdakı idraklara malikdir.
1. Görmə
2. Eşitmə
3. Dadbilmə
4. İybilmə
5. Lamisə.
Beləliklə, hissi idrak beş duyğu üzvünün insanda yaratdığı id-
rakdan ibarətdir. İnsanın idrakı birinci növbədə, həmin bu hissi