Page 114 - Islamic Studies 07
P. 114

Nəhcülbəlağədə əmanətdarlıq / 113

                     Nəticə

                     İdrak, elm və bilik məna və məfhum baxımından çox aşkardır,
               cəhalətin nə demək olduğu da hamıya məlumdur. İdrak, yaxud elm
               – bilmək, cəhalət isə bilməməkdir.
                     Alimlə  cahili  bir-birindən  fərqləndirmək  üçün  cəhl  və  onun
               növlərini  aydınlaşdırmaq  lazımdır.  İmam  Sadiq  (ə)  kəlamlarının
               birində  (həmçinin  həzrət  Əlinin  (ə)  çoxsaylı  hədislərindən  alınan
                                        1
               nəticəyə görə) buyurur:
                     − İnsan var ki, bilir, bildiyini də bilir, belələri alimdir; onlara
               itaət edin. İnsan var ki, bilir, amma bildiyini bilmir, belələri yatmış
               və  qəflətdədir;  onları  oyadın.  İnsan  var  ki,  bilmir,  amma
               ”bilmədiyi”ni bilir, bu cür insan cahildir; onlara öyrədin. İnsan da
               var  ki,  bilmir  və  bilmədiyini  də  bilmir,  belələri  isə  zəlalətdədir,
               mürəkkəb cahildir; bunları da hidayət edin.
                     İmamın (ə) bu kəlamına əsasən, cəhalət iki növdür: sadə və
               mürəkkəb.
                     Sadə cəhalətdə bir cəhl, mürəkkəb cəhalətdə isə iki cəhl olur.
               Sadə  cəhalət,  insanın  bir  şeyi  bilməməsi  və  ya  məlumatının  az
               olması, eyni zamanda bundan xəbərdar olmasıdır. Məsələn: insan
               hansısa bir sualın cavabını bilmir və eyni zamanda bilir ki, o bu
               sualın cavabını bilmir. Amma mürəkkəb cəhl isə budur ki, insan bir
               şeyi bilmir və bilmədiyindən də xəbəri yoxdur. Məsələn: yuxarıdakı
               misal kimi, insan sualın cavabını bilməyərək səhv cavab verir və elə
               güman edir ki, düz cavablandırır. Bu cəhldə həm sualı bilməyib səhv
               cavablandırmaq, həm də suala düzgün cavab verdiyini güman etmək
               kimi iki cəhl var.
                     Mürəkkəb cahil də öz növbəsində iki hissəyə ayrılır: zəif və
               güclü. Mürəkkəb cahilin zəif nümunəsinə onun cahilliyini göstərmək
               bəzən mümkün olur. Bu cür cahildə inadkarlıq, təəssübkeşlik, qəzəb
               və  qarşı  tərəfin  fikirlərinə  əsassız  olaraq  etinasız  yanaşmaq  kimi
               xüsusiyyətlər olmadığından, onun cəhalətini müəyyən yollarla izah
               edib qəbul etdirmək olur. Çünki bu cür cahilin cəhaləti mürəkkəb
               olsa da, onun həqiqətə, elmə meyli olduğundan, asanca öz səhvini
               etiraf edə bilir. Zəif nümunənin əksinə olaraq, bu cür cahildə olan


               1  “Biharül-ənvar”, c. 1, səh. 195.
   109   110   111   112   113   114   115   116   117   118   119