Page 109 - Islamic Studies 07
P. 109

İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, yeddinci sayı (payız-qış / 2024) / 108

                     Dördüncü  mərhələ:  Bu  mərhələ  zehnin  ən  çətin  keçdiyi
               mərhələdir. Çünki məchul üçün istənilən hər məlumatı seçmək ol-
               maz.  Saysız  zehni  məlumatlar  arasından  münasib  məlumat  se-
               çilməlidir.  Məchulla,  onu  həll  etmək  üçün  seçilən  məlumatlar
               arasında uyğunluq olmalıdır.

                     Beşinci  mərhələ:  Zehnin  məlumatlar  məkanından  xaric
               olaraq, həmin məlumatları qruplaşdırıb nəticəyə çatması.
                     Misal:  “Aləm  əzəlidir,  yoxsa  sonra  yaranıb?”.  Bu  məchulu
               “əqli-nəticə” ilə məluma çevirək və zehnin yuxarıdakı beş mərhələli
               hərəkətinə baxaq:

                     Birinci mərhələdə bu sual bizim üçün məchuldursa, onu mə-
               luma çevirmək istəyəcəyik. Bundan sonra ikinci mərhələdə bu sualın
               hansı elmə aid olduğunu aydınlaşdırırıq və əqli (rasional) elmlərlə
               bağlı  olduğunu  görürük.  Üçüncü  mərhələdə  sualımız  əqli  sual
               olduğundan, aydındır ki, zehnimizdə əqli elmlərlə bağlı məlumatlar
               ön  plana  keçir  və  zehin  bu  məlumatlar  məkanına  daxil  olur.
               Dördüncü mərhələdə zehnimiz bu sualı cavablandırmaq üçün daxil
               olduğu məlumatlar arasında gəzərək axtarış aparır və iki – “Aləm
               dəyişkəndir”,  “Bütün  dəyişkənlər  sonradan  yaranır”  münasib
               məlumatları seçərək oradan xaric olur. Nəhayət, beşinci mərhələdə
               zehnimiz bu iki məlumatı “Aləm dəyişkəndirsə və bütün dəyişkənlər
               sonradan yaranırsa” – kimi qruplaşdıraraq “Deməli, aləm sonradan
               yaranıb” – nəticəsini alır.
                     Sonda bir məsələyə aydınlıq gətirməklə bəhsimizi yekunlaş-
               dırırıq. O da bundan ibarətdir ki, bir qrup insanlar qeyd etdiyimiz
               məsələdən müstəsnadır. Yəni belə insanlar nəticəyə yetişmək üçün
               heç də bu “beş mərhələ“ni qət etmirlər, əksinə, onlar nəticəni birbaşa
               əldə  edirlər.  Onlar  güclü,  qeyri-adi  əqli  qüvvəyə  malik  olan
               insanlardır.  Belə  insanlar  üçüncü  və  dördüncü  mərhələyə  ehtiyac
               duymurlar.
                     Bu cür təfəkkür bəzən hər insanda baş verir və bunun, bir növ,
               ilhama  yaxın  olduğunu  söyləmək  olar.  Buna  intiusiya  da  deyilir.
               Belə  şəxslər  öz  sahələrində  o  qədər  mahir  olurlar  ki,  onlar  isbat
               etmədən bəzi nəticələrə yiyələnə bilirlər.
   104   105   106   107   108   109   110   111   112   113   114