Page 104 - Islamic Studies 07
P. 104
Nəhcülbəlağədə əmanətdarlıq / 103
“Trablos” kitabxanasında isə 3 milyon kitab mövcud idi. O dövrdə
müsəlmanların əlində olan İspaniyada təkcə bir ildə 80000 cildə
yaxın kitab hazırlanırdı. Müstənsiriyyə şəhərində çox böyük və
əzəmətli binası olan, İslam dünyasında görünməmiş bir universitet
var idi. Nəzərə almaq lazımdır ki, bütün bunlar XIII əsrin
əvvəllərində idi. İstanbulda 80-dən artıq kitabxana var ki, burada on
minlərlə kitab toplanıb. Qahirədə, Dəməşqdə, Mosulda, Bağdadda
və İranda bir-birindən böyük çoxlu kitabxanalar mövcuddur.
Təəssüf ki, bu kitabxanalarda yığılmış kitablardakı məlumatlar
müasir dünya tərəfindən çox az araşdırılıb. Nəzərimcə, gələcəkdə
dünya alimləri İslam elmlərinə daha artıq əhəmiyyət verərək, bu
qiymətli xəzinələri öyrənməyə çalışacaq. Müsəlmanların müxtəlif
elmləri öyrənməyə yüksək əhəmiyyət göstərməsi, doğrudan da, çox
heyrətamizdir. İslam fəthləri zamanı onlar tutduqları hər bir şəhərdə
birinci olaraq məscid və mədrəsələr inşa edirdilər. XII əsrin
alimlərindən olan Bencamen Tuvel yazırdı ki, mən təkcə
İskəndəriyyə şəhərində 20 elmi laboratoriya görmüşdüm. Bağdad,
Qahirə və başqa müsəlman şəhərlərində çoxlu elmi mərkəzlər,
laboratoriyalar, kitabxanalar və rəsədxanalar mövcud idi. Halbuki
Avropada ilk kitabxana bundan 400 il sonra Parisdə təsis edilmişdi.
Məntiqin əhəmiyyəti
Məntiqin əsas əhəmiyyəti “sofizm“ dərsində özünü tamamilə
büruzə verəcək. Təfəkkürün formaları ilə tanış olduqdan sonra
zehnin bu prosesi zamanı insanın nə qədər məsuliyyətli olduğu daha
aydın olur. İnsanı başqa varlıqlardan fərqləndirən məsuliyyət
hissinin mənşəyi təfəkkürlə bağlıdır. Məntiq elminə qısa şəkildə
“Məntiq düzgün təfəkkürün qanunudur”, – tərifini versək, insanın bu
məsuliyyətin öhdəsindən gəlməsi üçün, məntiqə olan ehtiyacı və
məntiqin əhəmiyyəti daha aydın görünür. Zehnin bu mürəkkəb
proses zamanı nələrlə üzləşdiyini aşağıda bir daha qeyd etməklə,
məntiqə olan ehtiyac və onun əhəmiyyətinin zehində aydınlaşması,
şübhələrin aradan qalxması üçün mövzunu bir qədər də
genişləndirək.