Page 103 - Islamic Studies 07
P. 103

İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, yeddinci sayı (payız-qış / 2024) / 102

                     Məntiq, İslam elmləri ailəsinə daxil olduqdan sonra müsəlman-
               lar arasında sürətlə yayılmağa başladı və zaman keçdikcə tərcümə
               ədəbiyyatlarına əlavələr, şərhlər, düzəlişlər və tənqidlər yazılmağa
               başlandı. Müsəlman alimləri bütün elmlərdə müstəqil nəzər sahibi
               kimi  şöhrət  qazandı.  Təsadüfi  deyildir  ki,  əsrlər  boyu  Avropanın
               məşhur elm mərkəzlərində İslam alimlərinin əsərləri böyük rəğbətlə
               tədris edilirdi. Bir çox Qərb alimləri Avropa elmlərinin inkişafında
               özlərini müsəlmanlara borclu bilirlər.
                     Həmin dövrlərdə müsəlman aləmində müxtəlif elmlər sürətlə
               inkişaf etməyə başladı. İslam mədəniyyəti başqa mədəniyyətlərdən
               müqayisəedilməz dərəcədə yüksəklərə qalxdı. Hətta İslam dininin
               düşmənləri də bu dövrlərdə dinimizin mədəniyyət, sənət, elm və sair
               sahələrdəki  müvəffəqiyyətlərini  inkar  edə  bilməzlər.  Müsəlman
               alimlərinin  müxtəlif  elmlərdə  qazandıqları  nailiyyətlərdən  bütün
               dünyada, o cümlədən Avropada istifadə edirlər. Qərblilər müsəlman
               alimlərinin  riyaziyyat,  fizika,  kimya  və  astronomiya  elmlərindəki
               kəşflərini və tədqiqatlarını öyrənməyə çalışır, bunlardan öz elmi təd-
               qiqatlarında geniş surətdə faydalanırdılar.
                     Həmin dövrlərdə Kopernikin nəzəriyyəsini müdafiə etdiyi və
               Yer  Günəş  ətrafına  fırlanır  dediyi  üçün  Qalileyi  kilsə  mühakimə
               edirdi. Onu məcbur etdilər ki, öz əqidəsindən əl çəksin və bu şəkildə
                       1
               “tövbə”   etsin...  Məşhur  filosof  Bekona,  İngiltərə  kralı  Edvard
               tərəfindən verilən əmrə görə, kimya elmi ilə məşğul olmaq qadağan
               edildi.  Bekon  Fransaya  sürgün  edildi  və  kilsənin  nəzarəti  altında
               yaşamağa  məcbur  oldu.  Kilsə  kimya  elminin  şeytanla  bağlı
               olduğunu iddia edir, kimyaçıları isə cadugər hesab edirdi.
                     Kitab  və  kitabxanaların  Avropa  xalqları  nəzərində  heç  bir
               dəyəri olmadığı və bütün kilsə və monastrlarda cəmi 500 cild dini
               kitab mövcud olduğu dövrdə, İslam ölkələrində kifayət qədər zəngin
               kitabxanalar var idi. Bağdaddakı “Beytül-hikmət” kitabxanasında 4
               milyon, Qahirədəki “Səltənət” kitabxanasında bir milyon, Şamdakı

               1  Belə deyilir ki, təzyiqlərə məruz qalan Qaliley kilsənin ona verdiyi son fürsəti dəyərləndirərək dar
               ağacında Yerin sabit və hərəkət etməyən mərkəz olduğunu yalandan etiraf edib və kilsənin ölüm
               hökmündən  “özünü  elmə  fəda  edən  dahi”ni,  yəni  özünü  qurtarır.  Tələbələri,  sərbəst  buraxılan
               Qalileyə deyir: “Bəs deyirdiniz ki, Yer Günəşin ətrafına fırlanır?”. Dahi Qaliley deyir: “Nə olsun,
               mən inkar etdim, ya etmədim, onsuz da Yer Günəş ətrafına fırlanır!”
   98   99   100   101   102   103   104   105   106   107   108