Page 108 - Islamic Studies 07
P. 108
Nəhcülbəlağədə əmanətdarlıq / 107
Alimlər ümumi olaraq təfəkkürə belə tərif vermişlər:
Təfəkkür – zehnin məchulla məlum arasındakı hərəkətindən
ibarət olan aktiv idrak formasıdır.
Burada aktiv dedikdə, komrüter beyninin passiv hərəkətinin,
yəni iradəsiz, ixtiyarsız, şüursuz hərəkətinin əksinə olaraq, onun
iradəli, ixtiyari, şüurlu hərəkəti başa düşülür və bu hərəkət beş əsas
mərhələyə bölünür.
Beş mərhələli hərəkət və nəticə
İnsan məchulla üzləşdikdə onu məluma çevirmək üçün zehnini
hərəkətə gətirir. Bəzən bu hərəkət qısa bir anda, bəzən isə uzun
zaman ərzində sona çataraq nəticə verir. Buradakı hərəkət
kompüterdəki ixtiyarsız, iradəsiz, şüursuz şəkildə olan passiv fiziki
yerdəyişmə ilə baş verən hərəkətdən fərqlənir. Zehnin bu işi, onun
öz fəzasına uyğun mərhələləri keçməklə həyata keçir.
Zehin də hər hansı bir məchulu məluma çevirmək üçün müəy-
yən mərhələləri qət edərək məluma yetişir. Amma bu hadisə qısa
zaman kəsiyində baş verdiyi üçün bizə elə gəlir ki, məchul birbaşa
məlumdan alınır.
Qeyd edək ki, təfəkkürün 3 əsas forması var tərif, bölgü və
əqli-nəticə. Bunlar haqqında geniş şəkildə bəhs ediləcək və mənti-
qin elə əsas mövzusu da bunlardır.
İndi isə qeyd etdiyimiz beş mərhələnin izahına diqqət yetirək:
Birinci mərhələ: Zehin hər hansı bir obyekti məchul kimi
qarşılamalıdır ki, insanda bu məchulu məluma çevirmək iradəsi
yaransın.
İkinci mərhələ: Məchulu məluma çevirmək istəyindən sonra
məchulun növü aydınlaşmalıdır, yoxsa onu məluma çevirmək
mümkün deyil. Yəni məchulun hansı elmlə və hansı sahə ilə bağlı
olduğu aydınlaşdırılmalıdır.
Üçüncü mərhələ: Yəni zehnin məsələni həll etməkdən ötrü
münasib məlumatlar seçmək üçün zehində ana məlumatlar
məkanına daxil olması. Çünki hər bir sahə ilə bağlı məlumatlar
zehində qruplar şəklində toplanır.