Page 110 - Islamic Studies 07
P. 110
Nəhcülbəlağədə əmanətdarlıq / 109
Təfəkkür, elm və bilik cəhalətin müqabil nöqtəsidir. Buna görə
də təfəkkürün və elmin əhəmiyyəti özünü daha gözəl şəkildə
göstərməsi üçün elm, bilik, idrak mövzularına keçməzdən öncə
yaxşı olardı ki, cəhalət və nadanlıq haqqında bəhs olunsun. Çünki
bir-birinin müqabil nöqtəsində dayanan anlayışlar birlikdə daha
asasn anlaşılır.
İdrak və biliklər sistemi
“İdrak” məfhumu mənaca aydın bir məfhumdur. İdrak, yaxud
elm, bilik cəhalət və nadanlıq müqabilində dayanan, aydın başa
düşülən zehni bir prosesdir.
İdrak iki yerə bölünür: vasitəsiz və vasitəli. İnsanın hər hansı
bir şeyin “öz”ünü dərk etməsi vasitəsiz, “mahiyyət”ini və mənası
dərk etməsi isə vasitəli idrak adlanır.
Vasitəli idrak – hər hansı bir şeyin insan zehnindəki
inikasından ibarətdir. Yəni obyekt müstəqil olaraq xarici aləmdə
mövcuddur və onunla insan arasında fasilə olmasına baxmayaraq,
zehində əks olunmaqla insanda onun haqqında müəyyən bilgi for-
malaşır. Bu bilgi “vasitəli” idrak adlanır. Adından məlum olduğu
kimi, vasitəli idrak obyekt barəsində hasil olan, kəsb edilən
məlumatdır.
Vasitəsiz idrak – şeyin özünün insan varlığında hazır ol-
masından ibarətdir.
Məsələn: Dişimiz ağrıyarkən biz onu hiss edirik, amma
yanımızdakılar isə sadəcə bunun haqqında məlumata malikdirlər.
Yaxud da, bizim özümüzü dərk etməyimiz vasitəsiz, amma
başqalarının bizim varlığımızı qəbulı etmələri is. Vasitəlidir.
İdrak prosesi zamanı dərk edənə idrakın “subyekt”i, dərk
olunana isə “obyekt”i deyirlər.
Vasitəsiz və vasitəli idrakın yuxarıdakı təriflərindən sonra
onlar arasında aşağıdakı bəzi fərqləri əldə etmiş oluruq:
1. Vasitəsiz idrak vasitəli idrakdan öndədir. Çünki vasitəli id-
rak obyektiv aləm haqqında zehni məlumatdır və insan xarici aləmi
dərk etməzdən əvvəl öz varlığını vasitəsiz olaraq dərk edir.