Page 112 - Islamic Studies 07
P. 112
Nəhcülbəlağədə əmanətdarlıq / 111
(daxili, ya xarici) idraklar vasitəsilə inkişaf etməyə başlayaraq dərin
əqli və fəlsəfi mövzulara yetişir.
Bildiyiniz kimi, heyvanlar hissi idrakda insanla müştərəkdir.
Hətta bəzi heyvanlarda bu beş hiss daha güclü olur.
Hissi idrak, insanın beş duyğu üzvündən biri ilə obyektiv aləm-
lə əlaqə yaratdığı zaman onda davam edən həmin hissiyyatdır
(idrakdır). Xəyali idrak isə bu bağlılıq qırıldıqdan sonra həmin
idrakın insan zehnindəki xəyali formasıdır. Həmçinin hissi idrakın
yuxarıda dediyimiz batini forması da belədir. Yəni insan bir
zamanlar birini daxili hiss vasitəsilə sevdiyini zaman keçdikdən
sonra xəyalına gətirə bilər. “Vəhmi” biliklər də bunun sayəsində
yaranır. İnsan vahimə qüvvəsinin təsirilə qaranlıqdan və cəsəddən
qorxur və onların qorxulu olduğu nəticəsinə gəlir.
İdrakın bu növlərində heyvanlar insanla ortaqdır. Heyvanın
idrakı burada sona çatır, amma insanın yuxarıdakı idrak qüvvələrinə
başqa bir qüvvə də əlavə olunur ki, o da “ağıl”dır. Yəni heyvan
insanla “əqli” idrakdan başqa qalan qeyd olunan idraklarda
müştərəkdir.
İnsan müəyyən həddə dərk etdiyi məsələn “heyvan”
məfhumunun həqiqi mahiyyətini başa düşməyə çalışır. Yəni
”heyvan”ın əsl mənası nə deməkdir, əsl həqiqəti nədir? Bu sualı ca-
vablandırmaq üçün isə zehin tərəkkürün formalarında biri olan
”tərif”dən istifadə edir.
Bundan sonra, həmin məfhumun nümunələrini bir-birindən
hansısa xüsusiyyətlərinə görə bölünməsinə baxmaq olar. Məsələn:
”heyvan” məfhumuna düzgün tərif verdikdən sonra onun fərdlərini
“onurğalı-onurğasız, güclü-zəif və s. kimi bölmək olar. Məlumdur
ki, bu bölmə əməliyyatı da ağlın sayəsində hayata keçir və onu tə-
fəkkürün üçüncü forması öyrənir və ”bölgü” adlanır.
Nəhayət, insan bu əməliyyatlardan sonra, həmin məfhumun
başqa valıqlarla əlaqəsinə baxa bilər; onun haqqında hökm verə
bilər. Məsələn: ”heyvan” məfhumu haqqında ”Heç bir heyvan insan
kimi şüura malik deyil” hökmünü kəşf edə bilər. Bu hökmü isə is-
batsız olaraq qəbul etmək düzgün deyil. Ümumiyyətlə aksiomlardan
başqa heç bir hökm isbatsız qəbul olunmur. Həmin isbat metodunu
isə təfəkkürün ”əqli-nəticə” adlanan forması yerinə yetirir.