Page 107 - Islamic Studies 07
P. 107
İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, yeddinci sayı (payız-qış / 2024) / 106
məntiq” kimi ərsəyə gəldi. Fergedən sonra Bertrand Rassel və
Vaythed tərəfindən “Yeni məntiq”də üç cildli “Riyazi üsullar” adı
ilə ən böyük addım atıldı. Bu kitab “Riyazi məntiq”də böyük
çevrilişə səbəb oldu. Müasir dövrdə “Riyazi məntiq”dən başqa
“Dialektik məntiq” və “Praqmatik məntiq” də yaranmışdır. Əsası
İbn Sina və Nəsirəddin Tusi tərəfindən qoyulan “Modal məntiq”
qərb alimləri tərəfindən inkişaf etdirildi. Bundan sonra, dövrümüzün
azərbaycanlı alimi Lütfi Zadə və başqaları tərəfindən də “Qeyri-
səlis” məntiq nəzəriyyəsi yaradıldı.
Təfəkkürün nə qədər əhəmiyyətli olduğu çox aydın məsələdir.
Çünki insan zatən düşünən varlıqdır. Amma o düşünərkən çox ciddi
məsələlərdə xətalara yol verir. Deməli, təfəkkür çox əhəmiyyətlili
bir mövzudur.
Belə bir sualla qarşılaşa bilərik: hamı düşüncənin və
təfəkkürün nə demək olduğunu bildiyi halda alimlərin bir elm kimi
hazırladıqları məntiq elminə nə ehtiyac var?
Cavab: Görəsən hamı düşüncənin və təfəkkürün nə demək
olduğunu bildiyi halda düşünən zaman düzgün düşünə bilirlərmi?
Əksər hallarda cavab mənfidir. Çünki məhz bir çoxlarının öz
düşüncələrində xəta etməsi aşkardır. Deməli, təfəkkürün nə demək
olduğunu anlasaq da, amma düzgün, qayda-qanun çərçivəsində olan
təfəkkür nəzərdə tutulmalıdır.
Sual: Qayda-qanun çərçivəsində olan təfəkkür hansı təfəkkür-
dür? Məgər adi düşüncələr və təfəkkür, alimlərin hazırladığı məntiq
qanunlarına tabe olan təfəkkürdürmü?
Cavab müsbətdir. Alimlərin əsrlər boyu araşdıraraq əldə etdik-
ləri məntiq qanunları ilə tanış olduqca daha da aydın görünür ki,
insan həqiqətən də düşünən zaman məntiqə ehtiyaclıdır.
Təfəkkürün tərifi
Təfəkkür ümumi camaat arasında aşkar (zəruri təsəvvür) bir
mahiyyətdən ibarətdir. Yəni təfəkkür, başa düşülməsində düşüncəyə
ehtiyacı olmayan məfhumdur, onun mənası ilkin mərhələdə bir
aksiomdur. Amma daha dəqiqlik üçün o, “nəzəri təsəvvür” hesab
edilir. Yəni onun mənası, tərifi dəqiq verilməlidir. Çünki elm dəqiq-
lik tələb edir.