Page 102 - Islamic Studies 07
P. 102

Nəhcülbəlağədə əmanətdarlıq / 101

                     Məntiq  bizə  düzgün  “düşünməy”i  və  “təfəkkür”ü  öyrədir.
               Deməli  məntiqin  predmeti  təfəkkürdür.  Təfəkkür  də  ya  tərif,  ya
               bölgü, ya da əqli-nəticə formasında olur.
                     Alimlər hər bir elmlə bağlı üç əsas ünsürə diqqtə olunmasını
               deyirlər:

                     1. Predmet
                     2. Əhəmiyyət
                     3. Tərif
                     Məntiq elmi də müstəqil bir elm kimi, bu üç əsas ünsürdən kənar
               deyil. Bu elmlə tanışlığa başlayan şəxs onun predmetini, əhəmiyyətini
               və tərifini bilməlidir.
                     İslam dininin elm və tərəqqisinin “Qızıl əsr”i adlandırılan döv-
               rdə  müsəlmanlar  Quran  və  hədislərin  bu  istiqamətdə  şövq-
               ləndirməsi ilə müxtəlif elmlərdə öz sözlərini deməyə başladılar. Bu,
               ilk  olaraq  digər  mədəniyyətlərdən  tərcümə  şəklində  həyata
               keçirilirdi.  Yunan  elmləri  İskəndəriyyə  elmi  mərkəzi  vasitəsilə
               İslam aləminə yol tapdıqdan sonra, Abbasi xəlifəsi Məmunun (786-
               833)  dövründə      Bağdadda  “Beytül-hikmət”  adlı  elmi  mərkəz
               qurulmuşdu. Məmun,  İbn Təriq və Həccac ibn Mətər kimi xarici
               dillərin  bilicisi  olan  alimləri  əcnəbi  ölkələrə  göndərib,  oradakı
               yunan, fars, latın, siryani və hind dillərində olan həndəsə, riyaziyyat,
               tibb  və  fəlsəfəyə  dair  kitabları  əldə  edərək  Bağdada  gətirməyi
               göstəriş  vermişdi.  Onlar  da  hər  yerdən  qiymətli  kitabları  tapıb
               Məmuna göndərirdilər. Məlumata görə, bu kitablar yüz dəvə yükü
               qədər idi.
                     Bütün  Avropada  elm-maarif  mərkəzi  tapılmayan  dövrdə
               (çünki həmin dövrlərdə Avropada kilsə hakimiyyəti hökm sürürdü
               və kilsə öz mənafeyi üçün elmin üzə çıxmasına imkan vermirdi), İs-
               lam ölkələrində çoxsaylı belə mərkəzlər var idi. Həmin elmi mər-
               kəzlərdə  bütün  sahələr  üzrə  tədqiqatlar  aparılır  və  mütəxəssislər
               yetişdirilirdi. Səlib yürüşlərinin başlanması ilə İslam mədəniyyəti və
               elmi nümunələri sürətlə Avropada da yayıldı.
                     “Beytül-hikmət” elm mərkəzində bəzi yunan elmləri ilə yanaşı,
               məntiq elmi də tədris edilirdi. Aristotelin məntiq haqqında yazdığı
               səkkiz traktat ərəb dilinə tərcümə edildi.
   97   98   99   100   101   102   103   104   105   106   107