Page 101 - Islamic Studies 07
P. 101
İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, yeddinci sayı (payız-qış / 2024) / 100
Giriş
Məntiq elminin tarixi, təqribən, şifahi olaraq Sokrat və ondan
öncəki filosoflarla başlasa da, yazılı olaraq Aristotellə bağlıdır. Yəni
onlar zehinlərində bu qanunlara söykənərək fikir yürütsələr də,
sonradan bu qanunlar Aristotel vasitəsilə qələmə alındı.
Qədim Yunanıstanda böyük filosof olan Sokratın zamanında
bir qrup mənafepərəst hakim, məhkəmələrdə gizli məntiqsiz-
liklərdən, dolaşdırmalardan istifadə edərək, qəsdən, günahkarı
günahsız çıxarır, bununla da özləri üçün gəlir əldə edir, var-dövlət
toplayırdılar. Onlar düzü əyri, əyrini də düz kimi qələmə verməkdə
mahir idilər.
1
“Sofizm” adlanan bu məntiqi dolaşdırma get-gedə yayılaraq,
nəhayət, bir məktəb kimi formalaşdı. Onlar o qədər belə dəlilgətirmə
ilə yaşadılar ki, nəhayət, haqqı batil, batili haqq kimi qəbul etməyin
mümkünlüyünə inandıqdan sonra həqiqəti inkar etməyə başladılar.
Bəziləri həqiqətin varlığında, bəziləri isə onu əldə etməyin, əldə
etdikdən sonra da başqalarına ötürməyin mümkünlüyündə şübhə
edirdilər.
Sofizm cərəyanı cəmiyyətdə yayılmağa başladığı zaman həmin
cərəyanın qarşısını almağa çalışan və buna nail olan ilk şəxs kimi
tanınan məşhur filosof Sokrat idi. Bundan sonra da Onun şagirdləri
tərəfindən məntiq elmi formalaşmağa başladı. Və nəhayət Aristotel
bu elmi hazırladı.
Tarixi baxış
Aristotelin kəşflərindən biri də onun, elmləri bir-birindən möv-
zuları ilə fərqləndirməsidir. O deyir: “Hər bir elm müəyyən predmet,
yaxud mövzu haqqında danışır və elmlər də öz mövzuları ilə bir-
birindən fərqlənirlər“. Məsələn: psixologiya elminin predmeti insan
psixikasıdır; tibb elmi də psixologiya kimi insanı öyrənsə də, onun
predmeti insanın daxili aləmi yox, bədənidir və s. Məntiq də bir elm
olduğundan, aydındır ki, onun da müəyyən mövzusu olmalıdır.
Əvvəlki dərslərdə də bu haqda danışdıq.
1 Bax: 25-ci dərs.