Page 96 - Islamic Studies 07
P. 96

Dini təfəkkür (Əllamə Təbatəbainin baxışında) / 95

               təşbihdən  istifadə  olunur.  Məsələn,  anadangəlmə  kora  işıq  və
               rənglər, yaxud həddi-büluğa çatmayan uşağa cinsi ləzzətlər barədə
               danışmaq  istəsək,  öz  məqsədimizi  bir  növ  müqayisə,  təşbih  və

               münasib bir misal gətirməklə ifadə edə bilərik. Buna əsasən, dünya
               və  varlıq  aləmində  maddiyyatdan  tamamilə  uzaq  olan  real
               gerçəkliklər haqda (axirət aləmi, mələk və s. ) söhbət açmaq istəsək,
               az bir hissə istisna olmaqla, insanlar onları dərk etməyəcək; həmin
               məsələlərin  adi  təfəkkür,  söz  və  bəyan  yolu  ilə  ifadə  və  dərk
               olunması mümkün olmadığından, onları təmsil və təşbihdən başqa
               bir yolla çatdırmaq olmaz.


                    Allah-taala Öz kitabında buyurur:

                    “Biz bu  kitabı ərəb  dilində və oxunaqlı  halda  olan ləfz  qərar
               verdik ki, bəlkə siz onun barəsində düşünüb başa düşə biləsiniz.


                    Həqiqətən bu kitab Bizim yanımızda asimani kitabın əsli olan
               Lövhi-məhfuzdadır, bu çox uca məqamlı və möhkəm bir əsasdır (adi
               idrakların  onu  dərk  etməsi  mümkün  deyil  və  ona  nüfuz  edə
                            1
               bilməzlər).”

                    Başqa bir yerdə buyurulur:

                    “Ona yalnız pak olanlar toxunar.”
                                                       2
                    Həmçinin  Peyğəmbəri-Əkrəm  (s)  və  onun  Əhli-beyti  (ə)

               barəsində buyurur:










               1  “Zuxruf” surəsi, ayə-3-4

               2  “Vaqiə” surəsi, ayə-79
   91   92   93   94   95   96   97   98   99   100   101