Page 97 - Islamic Studies 07
P. 97

İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, yeddinci sayı (payız-qış / 2024) / 96

                    “Mütəal Allah siz Əhli-beytdən hər növ çirkinlikləri aparmaq,
                                                      1
               sizi pak-pakizə qərar vermək istəyir.”

                    Bu ayələrə əsasən, Qur`ani-Kərim elə bir mənbədən qaynaqlanır
               ki, adi insanların düşüncə qüvvəsi onun dərk etməkdə və oraya nüfüz
               etməkdə  acizdir;  Allahın  pak-pakizə  qərar  verdiyi  bəndələrdən,
               Peyğəmbər (s) və onun Əhli-beytindən (ə) başqa bir kimsə bu barədə
               azacıq idraka malik deyildir.


                    Başqa yerdə isə buyurulur:

                    “Qur`ana iman gətirməyən bu şəxslər o şeyi təkzib etdilər ki,
               onun  elminə  əhatə  tapmamışdılar  və  onun  tə`vili  onlar  üçün
               müşahidə  olunmamışdır  (yə`ni  əşyaların  həqiqətinin  əyani  olaraq
               göründüyü qiyamət gününü təkzib etdilər).”


                    Digər bir yerdə isə belə buyurulur:

                    “Qur`anın  tə`vilinin  (bütün  Qur`anın)  müşahidə  olunduğu  bir
               gündə  onu  unudan  şəxslər  nübüvvət  də`vətinin  doğru  olmasını

                                  2
               e`tiraf edəcəklər.”




















               1  “Əhzab” surəsi, ayə-33

               2  “Ə᾿raf” surəsi, ayə-53
   92   93   94   95   96   97   98   99   100   101   102