Page 93 - Islamic Studies 07
P. 93
İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, yeddinci sayı (payız-qış / 2024) / 92
Onlar asimani vəhy yolu ilə mütəal Allahın bütlərə sitayişi
qadağan etdiyini eşitdikdə və zahirdə bütlərin qarşısında baş
əyməkdən ibarət olan bu qadağanı əzəmətlə yad etdiklərinə görə
başa düşürlər ki, Allahdan başqa heç bir şeyə itaət etmək olmaz.
Çünki itaətin həqiqəti bəndəçilik və baş əyməkdən ibarətdir; başa
düşürlər ki, Allahdan başqa bir kimsədən qorxmaq və ya ona ümid
bəsləmək, bundan da qorxulu olan nəfsani istəklər qarşısında təslim
olmaq olmaz. Həm də başa düşürlər ki, Allahdan başqasına heç vaxt
diqqət yetirməməli, e`tina etməməlidirlər.
Qur`anın dilindən onun namaza əmr etdiyini eşitdikdə – onun
zahiri də xüsusi göstərişdir – onları yerinə yetirib batin əsasında başa
düşürlər ki, bütün varlıqları ilə Allaha ibadət etməlidirlər. Onlar başa
düşürlər ki, haqqın qarşısında təvazö`kar olmalı, özlərini tamamilə
unutmalı, yalnız Allahı yadda saxlamalıdırlar. Bu iki misalda qeyd
olunan batini mə`nalar adı çəkilən əmr və qadağanların zahirdə
dəlalət etdiyi şeylər deyildir; onların dərk olunması daha geniş
təfəkkürlə məşğul olaraq xudbinlik xəstəliyindən xilas olanlar üçün
labüd bir məsələdir.
Qeyd olunanlardan Qur`anın batini və zahiri mə`naları,
həmçinin onun batininin öz zahirini batil edərək qüvvədən
salmaması, əksinə, öz cisminə həyat verən bir ruh kimi olması aydın
oldu. Ümumbəşəri və əbədi bir din kimi ilk növbədə insanların
tə`lim-tərbiyəsinə əhəmiyyət verən islam dini cəmiyyətin ümumi
mənafeyinə xidmət edən zahiri qanunlardan, qeyd olunan qanunların
keşikçisi olan sadə əqidələrdən heç vaxt əl çəkmir.
Hər hansı bir cəmiyyət təkcə “insanın qəlbi pak olsun” deyib
rəftar, davranış və əmələ dəyər verməsə, hərc-mərclik və
ədalətsizliklərdən yaxa qurtara bilərmi?! Belə bir cəmiyyətin səadət
və xoşbəxtliyə çatması necə mümkün ola bilər? Yaramaz əməl və
sözlərin pak bir qəlb yetirməsi, yaxud pak bir qəlbin nalayiq işlər