Page 89 - Islamic Studies 07
P. 89

İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, yeddinci sayı (payız-qış / 2024) / 88

               Amma qalan iki yol xüsusi təbəqələrə məxsusdur və ümumi kütlə
               ondan istifadə edə bilmir.


                    İkincisi: Dini zahirlər elə bir yoldur ki, onu qət etməklə islam
               maarifinin əqidəvi və əməli prinsiplərini anlamaq olar. Amma yerdə
               qalan  iki yol  belə deyildir.  Əql  yolu ilə  əxlaqi,  e`tiqadi  və əməli
               məsələlərin  külliyyatını  (füruidini)  əldə  etmək  mümkün  olsa  da,
               hökmlərin xüsusiyyatını, incəlik və təfərrüatını dərk etmək olmaz.
               Nəfsin saflaşdırıl-ması yolu ilə də həqiqətlərin kəşf olunmasına və

               onun  Allah  tərəfindən  göndərilməsinə  heç  bir  şübhə  yerinin
               qalmamasına  baxmayaraq,  onlara  da  hədd-hüdud  tə`yin  etmək,
               yaxud onu me`yar götürmək olmaz. Onlar hər bir yerdən əlaqələrini
               kəsdiyinə, Allahdan başqa hər bir şeyi unutduqlarına görə birbaşa
               ilahi vilayətin nəzarətində olur; onlar öz istədiklərini deyil, Allahın
               iradə etdiyi şeyləri müşahidə edirlər.


                    DİNİ ƏDƏBİYYAT

                    Qeyd olunduğu kimi, İslamda dini təfəkkürün əsas mənbəyi olan
               Qur`ani-Kərim  dinləyiciləri  müqabilində  öz  sözlərinin  zahiri
               mə`nalarına  höcciyyət  və  e`tibar  verir,  həmin  ayələrin  zahiri

               Peyğəmbəri-Əkrəmin  (s)  sözlərini  Qur`andan  sonrakı  silsilədə
               yerləşdirir  və  Qur`an  kimi  onu  da  dəlil  və  höccət  sanır.  Belə  ki,
               buyurulur:

                    “...Və  Zikri  sənə  nazil  etdik  ki,  xalqa  nazil  edilənləri  onlara
                                1
               bəyan edəsən...”

                    Başqa bir yerdə buyurulur:

                    “O,  həmin  Allahdır  ki,  ümmilər  (dərs  oxumamış)  arasında,
               onların özündən olan bir Rəsul göndərdi ki, o, (Allahın) ayələrini



               1  “Nəhl” surəsi, ayə-44
   84   85   86   87   88   89   90   91   92   93   94