Page 92 - Islamic Studies 07
P. 92

Dini təfəkkür (Əllamə Təbatəbainin baxışında) / 91

                    Bu misalda işarə olunduğu kimi, insanların batininə həyat bəxş
               edən bu səmavi ne`mət və maarifin öyrənilməsində camaatın idrak
               tutumları bir-biri ilə fərqlidir.


                    Bə`ziləri bu dünyanın ötəri həyatında maddə və maddi həyatdan
               başqa  bir  şeyə  üstünlük  vermirlər;  maddi  istəklərindən  başqa  bir
               şeyə  ürək  bağlamır,  maddi  məhrumiyyətlərdən  başqa  heç  nədən
               qorxmurlar.  Bunlar  malik  olduqları  müxtəlif  dərəcələrlə  belə,
               asimani maarifdən qəbul edəcəkləri ən çox şey – icmali e`tiqadlara

               inanmaq,  islamın  əməli  göstərişlərini  donuq  halda  icra  etmək  və
               nəhayət axirət savabına nail olmaq, yaxud ilahi əzabdan qorxmaq
               üçün yeganə Allaha sitayiş etməkdir.

                    Bə`ziləri də fitrətlərinin paklığı və öz səadətləri sayəsində bu
               dünyanın bir neçə günlük ötəri həyatına və ötəri ləzzətlərinə ürək

               bağlamırlar;  bu  dünyanın  qazanc  və  ziyanı,  şirin  və  acılığı  onlar
               üçün  aldadıcı  və  gözqamaşdırıcı  şeylərdən  başqa  heç  nə  hesab
               olunmur; dünən varlıq karvanında ləzzət alanlar, bu gün isə əfsanə
               hesab  olunan  keçmiş  insanların  həyatı  onlar  üçün  həmişə  ibrət
               dərsidir.


                    Bu kimi insanlar təbii olaraq özlərinin pak qəlbləri ilə əbədiyyət
               dünyasına  rəğbət  bəsləyirlər;  müvəqqəti  dünyanın  müxtəlif
               varlıqlarına ilahi nişanələr gözü ilə baxır, onların heç bir əsalət və
               müstəqilliyə malik olmasına inanmırlar.

                    Məhz  belə bir baxış  və mə`nəvi  idrakla  Allahın  asimanda  və

               yerdə olan ayələrinin pəncərəsindən ilahi əzəmətin sonunsuz nurunu
               müşahidə  edirlər;  onların  pak  qəlbləri  yaradılış  sirlərinin  dərk
               olunması ilə məftun olur və şəxsi mənafelərin darısqal daxmasında
               məhbus olmaq əvəzinə, əbədiyyət aləminin sonsuz fəzasında pərvaz
               edərək yüksəlirlər.
   87   88   89   90   91   92   93   94   95   96   97