Page 90 - Islamic Studies 07
P. 90

Dini təfəkkür (Əllamə Təbatəbainin baxışında) / 89

               onlara  tilavət  edir,  (ruhlarını  aludəliklərdən  və  rəzil  sifətlərdən)
                                                              1
               saflaşdırır, Kitabı və hikməti onlara öyrədir.”

                    Sonra buyurulur:

                    “Şübhəsiz,  Allahın  Rəsulunda  sizin  üçün  gözəl  nümunələr,
                                 2
               örnəklər vardır.”

                    Aydındır ki, Peyğəmbərin (s) sözləri və əməlləri, hətta sükut və
               razılığı  bizim  üçün  Qur`an  qədər  höccət  olmasaydı,  onda  qeyd
               olunan ayələr də öz e`tibarını əldən verərdi. Deməli, Peyğəmbəri-
               Əkrəmin  (s)  sözləri,  onu  o  həzrətdən,  yaxud  başqa  e`timadlı
               şəxslərdən eşidən şəxslər üçün höccət sayılır və onlara itaət etmək
               vacibdir.  O  həzrətdən  qəti  təvatür  əsasında  nəql  olunmuşdur  ki,
               Əhli-beytin  bəyanları  onun  öz  kəlamları  kimidir.  Bu  və

               Peyğəmbərin (s) sair qəti hədislərinə əsasən, Əhli-beytin (ə) sözləri
               Peyğəmbərin  (s)  sözlərinin  davamıdır,  onlar  islamda  elmi
               mərcəiyyət məqamına malik olmuş, islam elmlərinin və hökmlərinin
               bəyan  olunmasında  heç  vaxt  xətaya  yol  verməmişlər;  onların
               bəyanları şifahi, yaxud nəql olunduğu şəkildə höccət və mö`təbər
               sayılır.


                    Deməli,  islami  təfəkkürdə  mənbə  sayılan  dini  zahirlər  iki
               cürdür: Kitab və sünnə. Kitab dedikdə Qur`ani-Kərimin ayələrinin
               zahiri  mə`naları,  sünnə  dedikdə  isə,  Peyğəmbər  və  onun  Əhli-
               beytindən (ə) nəql olunan hədislər nəzərdə tutulur.










                 “Cümə” surəsi, ayə-2
               1
               2  “Əhzab” surəsi, ayə-21
   85   86   87   88   89   90   91   92   93   94   95