Page 91 - Islamic Studies 07
P. 91
İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, yeddinci sayı (payız-qış / 2024) / 90
QUR`ANIN ZAHİR VƏ BATİNİ
Mə`lum olduğu kimi, Qur`ani-Kərim öz sözləri ilə dini
məfhumları aydınlaşdırır, e`tiqad və əməl barədə camaata müəyyən
göstərişlər verir. Lakin Qur`anın məqsədləri bu mərhələ ilə bitmir;
həmin sözlərin sayəsində və həmin məqsədlərin batinində mə`nəvi
bir mərhələ, daha dərin, daha dolğun və geniş məqsədlər nəzərdə
tutur ki, yalnız xüsusi insanlar özlərinin pak qəlbləri ilə onları başa
düşə bilərlər.
İlahi Qur`an müəllimi olan Peyğəmbəri-Əkrəm (s) buyurur:
1
“Qur`anın gözəl və xoşa gələn zahiri, dərin batini vardır.”
Başqa bir hədisdə buyurur: “Qur`anın batini vardır, batininin də
2
batini vardır. Bu batinlər yetmişə qədər davam edir.”
Əhli-beyt (ə) imamlarının kəlamlarında da Qur`anın batini
mə`nası ilə əlaqədar çoxlu mətləblər qeyd olunmuşdur. 3 Bu
rəvayətlərin əsil kökü “Rə`d” surəsinin 17-ci ayəsində gətirilən
məsəldir. Belə ki, Mütəal Allah bu ayədə səmavi feyz və bəxşişləri
göydən yağan yağışa bənzədir ki, yerin və yer əhlinin həyat və
yaşayışı ona bağlıdır. Yağışın yağması ilə çaylar aşıb-daşıb,
vadilərin hər biri öz tutumları qədərində o sulardan götürür; sellər-
sular axıb cərəyan edərkən onun üzəri köpüklə örtülür, lakin
köpüyün altında camaat üçün onların həyatlarına faydalı olan su
gizlənmişdir.
1 “Təfsiri Safi”, səh-4
“Səfinətül-bihar”, “Təfsiri Safi”, səh-15
2
3 “Biharul-ənvar”, 1-ci cild, səh-117