Page 88 - Islamic Studies 07
P. 88
Dini təfəkkür (Əllamə Təbatəbainin baxışında) / 87
Əqli dəlillər gətirərək qeyd olunan maarifin haqq olmasını
dərk edin; islami də`vətdən eşitdiyiniz sözlərin təsdiqini yaradılış
dünyasından əldə edin; soruşun, eşidin və nəhayət dəlilin
nəticəsindən əqidə və iman qazanın. Buyurmur ki, əvvəlcə iman
gətirin, sonra onun müvafiq olmasına dair dəlil gətirin. Deməli,
fəlsəfi təfəkkür də Qur`ani-Kərim tərəfindən təsdiq edilən bir
yoldur. Qur`ani-Kərim aydın və gözəl bir bəyanla aydınlaşdırır ki,
bütün həqiqi maariflər tövhid və allahşünaslıqdan qaynaqlanıb əldə
edilir. Özlərini hamıdan kənara çəkərək hər bir şeyi unudan, ixlas və
bəndəçilik sayəsində bütün qüvvələrini təbiətin fövqündə dayanan
aləmə yönəldən bu şəxslər öz gözlərini pak Pərvərdigarın nuru ilə
işıqlandırmışlar; onlar həqiqət görən gözləri ilə əşyaların
həqiqətlərini, asimanların və yerin mə`nəvi simasını görmüşlər.
Çünki ixlas və bəndəçilik sayəsində yəqin mərhələsinə çatmışlar;
yəqin sayəsində yerin və asimanların mələkuti çöhrəsi, əbədiyyət
aləmi onlar üçün kəşf olunmuşdur.
Dini təfəkkürün arasındakı fərqlər
Qur`ani-Kərim dini maarifin dərk olunması üçün üç yol
göstərmişdir: Dini görüntülər (zahirlər), əql, bəndəçilikdə ixlas və
mə`nəvi saflıq. Sonuncu yol həqiqətlərin aşkar olunmasına və
onların batini müşahidəsinə səbəb olur. Lakin qeyd etmək lazımdır
ki, bu üç yol bir-biri ilə müəyyən cəhətlərdən fərqlənir:
Əvvəla: Dini zahirlər ləfz, ifadə və bəyanlardan ibarət
olduğundan və ən sadə dillə çatdırıldığından hamı tərəfindən dərk
edilir, hər bir şəxs öz dərrakə və tutumu qədər ondan faydalanır.
1
1 Məhz buna görə də Peyğəmbəri-Əkrəm (s) sünnü və şiələr tərəfindən nəql olunan bir
rəvayətdə buyurur: “Biz peyğəmbərlər camaatla, onların əqllərinin səviyyəsində
danışırıq.” “Biharul-ənvar”, 1-ci cild, səh-37.