Page 100 - Islamic Studies 07
P. 100
Məntiq elmi ilə tanışlıq
1
Rauf Musayev
Abstarkt
Məntiq – zehnin təfəkkür zamanı yanlışlıqdan qorunması üçün
tətbiq etdiyi (fitri və öz-özlüyündə) ümumi qaydalar toplusundan
ibarət bir elmdir. Lakin Məntiq elminin qanunları kağız üzərində
yazılmamışdan əvvəl də insan düşünür, əşyalar və hadisələr arasında
müqayisələr aparır, qarşılaşdığı məchulları həll etməyə çalışırdı.
Çünki insan fərdi, ailəvi və ictimai həyatını tənzimləməsi üçün
ağıllı, düşünən və təhlil edən bir varlıq olaraq yaradılmışdır. İnsan
yarandığı zamandan istər özündə mövcud olan hallar üzərində,
istərsə də ətraf aləmdə baş verən hadisələrlə bağlı düşünmüş, öz
ibtidai dərkinə uyğun icmali şəkildə əqli nəticələr əldə etmişdir.
İnsan yaradılış etibarilə düşünən və təfəkkür edən varlıqdır. Buna
əsasən, demək olar ki, məntiqin həqiqi tarixi bəşər tarixi ilə eynidir.
Amma, demək olar ki, bu elmin şifahi yaradıcısı Yunan filosofları
2
Pifaqor , Sokrat və s. olmuşdur. Hətta onlardan öncə də insanlar
məntiqi qanunlardan istifadə edirdilər.
Açar kəlmələr: Məntiq, idrak, təfəkkür, Aristotel
1 - İslam araşdırmaları fakültəsinin müəllimi, Hikmət və Dinlərarası Araşdırma
İnstitutu, Əl-Mustafa Beynəlxalq Virtual Universiteti, İran, Qum
2 Qədim yunan teisti (ilahiyyatçısı), riyaziyyatçısı və filosofudur.