Page 105 - Islamic Studies 07
P. 105
İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, yeddinci sayı (payız-qış / 2024) / 104
Nitq qabliyyəti
Nitq iki yerə ayrılır: zahiri (danışmaq) və daxili (təfəkkür).
Zahiri nitq: İnsanı Yaradan başqa varlıqlardan fərqləndirərək
ona nitq, danışıq qabiliyyəti vermişdir. Hansısa bir dili öyrənən şəxs
həmin dildə fikrini ifadə edə bilmək üçün əvvəlcə sözlərin mənalarını,
sonra isə həmin dilin qrammatikasını öyrənməlidir.
Batini nitq: İnsana “əsası təfəkkürə söykənən nitq”i bəxş edən
(Allah), dediyimiz kimi, onu başqa varlıqlardan fərqləndirmişdir.
Zahirdə onu başqalarından fərqləndirən xüsusiyyət onun ünsiyyət
vasitəsi olan nitqi olsa da, əslində, əsas fərqləndirici cəhəti batini
nitq, yəni təfəkkürdür.
Təfəkkür zamanı bəzən alınan nəticələr yanlış olur. Misal
üçün, zehnin, təfəkkür forması olan əqli-nəticə prosesi zamanı əldə
etdiyi aşağıdakı nəticələrə nəzər salaq:
– Sokrat insandır. Hər bir insan elmlidir. Deməli, Sokrat da
elmlidir.
– Mühəndislər plan hazırlayırlar. Başqasının hazırladığı plana
etimad etmək olmaz. Elə isə mühəndislərin hazırladığı plana da
etimad etmək olmaz.
– Aristotel yunanıstanlıdır. Yunanıstanlılar filosof olurlar. De-
məli, Aristotel də filosof olmalıdır.
– Allah nurdur. Hər bir nur hiss edilir. Elə isə Allah da hiss
edilir.
– Allah gözə görünməzdir. Gözə görünməz varlıqlar yoxdur.
Elə isə Allah da yoxdur.
Bu misallar haqqında azacıq düşünməklə, verilən izahlara əsa-
sən, alınan nəticələrin yanlış olduğu aydın görünür.
Yanlış nəticələr verən yuxarıdakı kimi hallar bəzən bilmədən,
bəzən isə bilərəkdən olur. Müxtəlif nəticələrin zehnin məhsulu oldu-
ğunu, düzgün və yanlış nəticələrini və məntiqin zehinə özünəməxsus
bu hərəkətə köməyini nəzərə alsaq, bu zaman məntiq elminin
əhəmiyyəti məlum olur. Bundan əlavə, məntiqin özü ilə dərindən
birbaşa münasibətdə onun əhəmiyyəti özünü daha aydın şəkildə
göstərir.