Page 106 - Islamic Studies 07
P. 106

Nəhcülbəlağədə əmanətdarlıq / 105


                     İslamda məntiq və fəlsəfə müəllifləri
                     Məntiq  və  fəlsəfəyə  dair  ağılları  heyran  qoyan  İslam
               alimlərindən aşağıdakıları göstərmək olar:
                     1. “İkinci müəllim” ləqəbi ilə tanınmış Əbu Nəsr Məhəmməd
               ibn Tərxan Farabi (870-949). Farabi, həmçinin İslam məntiqinin
               atası  kimi  tanınmışdır.  O,  Aristotel  məntiqinə  müxtəlif  şərhlər
               yazmışdır. Farabi, Beytül-hikmət elmi mərkəzinin əvvəlcə şagirdi,
               sonra isə ən tanınmış müəllimlərindən olmuşdur. Onun ən mühüm
               məntiq əsəri “Övsəti-kəbir”dir.

                     2. Aristotel (ona “bəşərin birinci müəllimi“ ləqəbi verilmişdir)
               fəlsəfəsinin  davamçısı  kimi  tanınan,  “üçüncü  müəllim”  ləqəbi
               verilən,  zamanın  möcüzəsi,  çoxsaylı  əsərlərin  müəllifi,  bütün
               elmlərdə öz sözünü deyən İslam filosofu Əbu Əli İbn Sina (980-
               1036). İbn Sina məntiqə aid müxtəlif kitablar yazmışdır. Bunlardan
               “Məntiqi-Şəfa”, “Nicat” və “Məntiqi-İşarat”ı göstərmək olar.
                     3. Şeyx İşraq Əbülfəth Şihabəddin Sührəverdi (1154-1191).
               O,  İslam  “İşraq”  fəlsəfi  məktəbinin  yaradıcısıdır.  “Mütarihat”,
               “Müşariat”,  “Təlvihat”  və  “Hikmətül-İşraq”  onun  fəlsəfi-məntiqi
               əsərlərindəndir.
                     4.  Məhəmməd  ibn  Məhəmməd  ibn  Həsən  Xacə  Nəsirəddin
               Tusi (1200-1273). O, İbn Sinanın “İşarat” əsərinin ən gözəl şərh-
               çisidir. Onun məntiq kitabı “Əsas-əl-İqtibas”dır. Nəsirəddin Tusinin
               məntiqə aid digər kitabı isə “ət-Təcrid fi elmil-Məntiq”dir.
                     5. “Hikməti-mütəaliyyə” məktəbinin yaradıcısı, Molla Sədra
               ləqəbi ilə məşhurlaşmış Sədrül-mütəəllihin Sədrəddin Məhəmməd
               ibn  İbrahim  Şirazi  (1572-1640).  Onun  məntiqə  aid  kitablarından
               “Risalə fit-təsəvvür vət-təsdiq” və “Haşiyeyi Hikmətül-İşraq”ı qeyd
               etmək olar.

                     Avropada məntiq
                     Avropada renessans dövrünə kimi elm mərkəzlərində məntiq
               sahəsində  əsas  söz  sahibi  Aristotel  məntiqi  idi.  Amma  həmin
               dövrdən etibarən Fransis Bekon və Rene Dekart, Aristotel məntiqinə
               müəyyən həddə zidd mövqe tutdu. İki-üç əsr keçmədi ki, araşdırma-
               lar başlandı və Aristotel məntiqi alman alimi Ferge vasitəsilə “Yeni
   101   102   103   104   105   106   107   108   109   110   111