Page 120 - Islamic Studies 07
P. 120

Nəhcülbəlağədə əmanətdarlıq / 119

            Bu  ikisini  qorumaq  onların  əmrlərinə,  göstərişlərinə  diqqəti  yanaşmaq,
            əməl etmək və onlara məhəbbət bəsləməkdir.
                  Həzrət  Əli  (ə)  Nəhcül-Bəlağədə  buyurur:  “Allaha  ibadət  və
            bəndəlikdə səbir etməklə, Onun kitabını və bu kitabda sizdən tələb etdiyini
            hifz  etməklə  Allahın  nemətini  özünüzə  tamamlayın  (əgər  itaət  və  hifz
                                                                     1
            etsəniz, Allah-taala Öz nemətini sizə tamamlayacaq).”
                  Həmçinin,  İmam  Əli  (ə)  əmanət  haqqında  qısa  bir  cümlədə
            əmanətdarlığın imanın yanında olduğunu deyir və buyurur: “Əmanətdar
                                        2
            olmayanın imanı yoxdur.”
                  O  həzrət  (ə)  başqa  bir  kəlamında  buyurur:  “Əmanətdar  öz
                                               3
            dindarlığını kamilləşdirmiş olar.”
                  İmamın (ə) əmanətdarlığa və ona düzgün riayət olunmasına bu cür
            baxışına əsasən, bu əxlaqi fəzilətə əməl etməyin insanın yüksəlməsində nə
            qədər mühüm və həyati əhəmiyyət daşıdığı aydındır.


                 Əmanətə xəyanət
                  Əmanətə  xəyanət  (mənfi)  əxlaqi  (keyfiyyətlərdən)  rəzilliklərdən
            biridir  və  bu,  dini  təlimlərdə  şiddətli  şəkildə  məzəmmət  olunmuşdur.
            İmam Əli (ə) bu zəmində buyurur: “Kim əmanəti yüngül saysa, heyvanlar
            kimi  xəyanət  vadisində  otlasa,  özünü,  öz  dinini  ondan  pak  saxlamasa,
            dünyada özünü zəlil, alçaq və rüsvay edər, axirətdə də daha zəlil, daha da
            rüsvay olacaq. Həqiqətən də ən böyük xəyanət camaata xəyanətdir və ən
                                                                                4
            pis hiyləgərlik (aldatma) hakimlərin, rəhbərlərin hiyləgərliyidir.”
                  Həzrət Əli (ə) öz  nümayəndələrindən birinə  yazdığı bu məktubda
            əmanətin dairəsini genişləndirmiş və əmanətə xəyanətin nəticəsini bəyan
            etdikdən sonra, rəhbərlərin ən böyük əmanətinin İslam ümməti olduğunu
                                                                      5
            demişdir. “Xəyanətin ən pis növü əmanətə xəyanətdir.”













            1  “Nəhcül-Bəlağə”, 173-cü xütbə.
            2  “Ğurərul-Hikəm”, əmanət bölməsi.
            3  Həmin yerdə.
            4  Həmin yerdə, 26-cı məktub.
            5  Həmin yerdə, 6-cı hikmət.
   115   116   117   118   119   120   121   122   123   124   125