Page 121 - Islamic Studies 07
P. 121
İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, yeddinci sayı (payız-qış / 2024) / 120
Dastan – “İki kişinin əmanəti”
İki kişi bir qadına 100 dinar əmanət tapşıraraq ona belə dedilər: “Nə
vaxt ikimiz bir yerdə gəlsək, əmanəti onda qaytar və bizdən birimiz tək
gəlsə, əmanəti ona verməyə haqqın yoxdur”.
Bu macəradan bir müddət keçdi. Onlardan biri əmanəti almaq üçün
qadının yanına gələrək dedi: “Dostum vəfat edib, 100 dinarı qaytar”.
Qadın əmanəti vermək istəmədi. O kişi qadının qəbiləsinin yanına gedərək
məsələni onlara danışdı. Qadın qəbiləsinin tövsiyələri sayəsində əmanəti
ona qaytardı.
Bir ildən sonra o biri dost gəldi və dedi: “Sənə tapşırdığımız 100
dinarı qaytar”.
Qadın: “Bir müddət öncə dostun gəldi və dedi ki, sən ölmüsən, mən
də çarəsiz qalıb əmanəti ona verdim”.
O kişi əmanəti almaqda israr etdi və iş münaqişəyə yetişdi. Hər ikisi
hakimin yanına gələrək hadisəni danışdılar.
Hakim qadına dedi: “Sən əmanətə zaminsən və gərək pulu bu kişiyə
qaytarasan”.
Qadın: “Sən bizim aramızda qəzavət etmə, bizi İmam Əlinin (ə)
yanına göndər, qoy o bizim aramızda hökm kəssin”. Hakim qəbul elədi.
Onlar İmam Əlinin (ə) yanına gəldilər. İmam (ə) bildi ki, o iki kişi
bir-biri ilə sözləşərək hiylə işlədiblər. Buna görə də İmam (ə) o kişiyə dedi:
“Məgər əmanəti tapşıran zaman şərt qoymamışdız ki, onu geri alanda hər
ikiniz orada olmalısınız və sizin ikinizdən biri gəlməsə, pul geri
qaytarılmasın?”. O dedi: “Bəli”.
İmam (ə) buyurdu: “Pulun bizim yanımızdadır. Əgər istəyirsənsə,
1
get dostunu gətir, qaytaraq”. O hiyləgər kişi xəcalətlə qayıtdı.
1 “Zəxairul-Uqba”, s. 79.