Page 129 - Islamic Studies 07
P. 129

İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, yeddinci sayı (payız-qış / 2024) / 128


                 Giriş
                  İlk  öncə  qeyd  etməliyik  ki,  bir  insanın  çata  biləcəyi  son  məqam
            Allaha  yaxınlıqdır.  Yəni,  sonsuzluğa  yaxınlaşmaq,  (nəinki  onda  fani
            olmaq) yaxud sonsuzluğa çatmaq. Allah-taala hər bir cəhətdən sonsuz və
            qeyri-məhduddur. O, mütləq-kamala (kamilliyə), mütləq-qüdrətə, mütləq-
            elmə və s. malikdir. Ola bilər ki, hər bir şəxs İlahi lütf və feyzin vasitəsilə
            qabiliyyəti, istedadı, səyi həddində Allaha yaxınlıq məqamına müəyyən
            həddə mailk olsun. Amma təbii ki, heç vaxt Ona çata bilməz. Buna görə
            də “Həqqdə Fəna”, “Həqqə Qovuşmaq” kimi təbirləri irfanın hədəfi üçün
            düzgün  təbir  hesab  etmək  olar.  Bəlkə  də  demək  olar  ki,  belə  təbirlər
            bilmədən  və  düşünmədən  bəzi  sufilərin  vasitəsilə  Hind  irfanından
            götürülmüş  və  bununla  da  İslam  irfan  terminologiyasında  və  ariflərin
            kəlamlarında da yayılmışdır.
                  İslam irfanında, arif elə bir mərtəbəyə çatır ki, Allah olur və Həqqdə
            fani olur demək olmaz. “Qürbi-Nəvafil” hədisinə əsasən elə bir mərtəbə
            təsəvvür etmək olar ki, salik öz səyi və İlahi köməyin nəticəsində özünün
            batini və xarici əməlləri ilə hər hansı bir işdə Allahın razılığını qazanacaq
            bir mərtəbəyə çata bilər. Amma bu mərtəbələr heç vaxt salikin Allahda
            fani olması, yaxud onun Allahlıq mərtəbəsinə çatması mənasında deyil.
            Bunlar həqiqətdə salikin həqiqi übudiyyət (bəndəlik) mərtəbəsinə çatması
            mənasındadır. O, özünün heç bir iradə və qüdrəti olmayan bəndə kimidir
            və bütün daxili və xarici qüvvələri Allahın ixtiyarındadır.
                  Əlbəttə, “Allahda fani olmaq”, “Allaha çatmaq” kimi sözlərin bəzi
            mənalarını, iazhlarını qəbul etmək olar. Amma bu təbirlərin, bir tərəfdən
            qərarsızlığına, dəqiq fəlsəfi izahlara ehtiyaclı olmasına, digər tərəfdən də
            onların İslam ədəbiyyatı ilə, terminləri ilə yad olmasına əsasən biz belə
            təbirlərin İslam irfanının son hədəfi adı ilə istifadə olunmamasına üstünlük
            veririk və İslam irfanının hədəfinin təyin olunması üçün aydın, Qurani və
            islami təbir olan “İlahi Qürb” (Allaha Yaxın Olmaq) təbirindən istifadə
            etməyi məsləhət bilirik.
   124   125   126   127   128   129   130   131   132   133   134