Page 134 - Islamic Studies 07
P. 134
Həqiqi irfanın xüsusiyyyətləri / 133
meyllər yaradıldığı fərz olunsa, yəni nəinki yalnız insanın həmin hədəfə
çatmasına heç bir xidmət etmir, əksinə, onu hədəfindən uzaqlaşdırır, onda
bu, hədəflə ziddiyyətə gətirib çıxaracaq. Bunun hər ikisi Allaha yaraşmaz
və Onun uca məqaməndan uzaqdır.
İkincisi: İşarə olunduğu kimi, ifrani meyl fitri bir meyldir. İnsanlar
fitri olaraq mütləq qüdrətə, mütləq elmə, mütləq kamala meyllidir. Əgər
belədirsə, onda ona qovuşmaq yolu da fitri və fitrtələ uyğun olmalıdır.
Fitrətə zidd olan yolları vasitə seçməklə insanların fitrətində qoyulmuş
irfanın özünün son hədəfinə yetişməyə ümid etmək olmaz.
• 4. İNSAN HƏYATININ BÜTÜN İSTİQAMƏTLƏRİNƏ
DİQQƏT
İnsanı digər heyvanlardan ayıran ən mühüm parametrlərdən biri
onun bir neçə cəhətli olmasıdır. İnsanı fərdi həyatla məhdudlaşdırmaq
olmaz. Onun ictimai yönü də var. İnsanın ictimai yönü o qədər mühümdür
ki, bir çox alimlər onun “təbiətən cəmiyyət halında yaşamaq”ı
xüsusiyyətini onu başqa heyvanlardan ayıran ən mühüm amil bilirlər.
Yəni, insanın zatını təşkil edən “növ fərqi”ni onun zatən və təbiət etibarilə
ictimai bir varlıq olmasında bilmişlər. Bu sözün mənası budur ki, əgər
ictimai həyat olmasa, insan da olmayacaq və yaxud əgər bir şəxsin ictimai
həyatı olmasa o, insan olmayacaq. Buna əlavə olaraq, insanın siyasi yönü
də var. İnsan varlığının siyasi yönü o qədər əhəmiyyətlidir ki, Aristotel
kimi alim, insana “Siyasi Heyvan (canlı)” olaraq tərif vermişdir. İnsan
həyatının iqtisadi yönü də var. Buna əlavə olaraq, insan müxtəlif təbii
meyllərə malikdir və onların hər birinin özünə məxsus tələbləri var. Bu
təbii meyllərdən bəziləri maddi və dünyəvidir və insan varlığında mənasız
yerə qoyulmamışdır. Kamil insan o şəxsdir ki, bütün instinktlərinin və
daxili meyllərinin tələblərinə hədəfli və nizamlı şəkildə cavab versin. Heç
birini fəaliyyətdən saxlamasın. Yaxud da müəyyən bir meyli, instinkti
başqa bir meylə görə ümumiyyətlə kənara qoymasın.
Hər halda, həqiqi irfan o irfandır ki, insanın bütün bu vücudi
yönlərini nəzərə alsın. Heç birini unutmasın, yaxud heç birini digərinə
qurban verməsin. Buna və “Hər Bir Şeyi Öz Ziddinin Köməyi İlə Tanı”
qaydasına əsasən belə demək olar: insanın ictimai, siyasi, iqtisadi və
dövlət münasibətlərinə müsbət nəzəri olmasa, irfan həqiqətindən və həqiqi
irfandan elə həmin ölçüdə də uzaq olar. Yaxud da insanın maddi yönünə
və dünyəvi meyllərinə, instinktlərinə olan nəzəri müsbət və hədəfli şəkildə