Page 131 - Islamic Studies 07
P. 131

İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, yeddinci sayı (payız-qış / 2024) / 130


            bürhan yolunun dəyərsiz olması demək deyil. Əksinə, mənası budur ki,
            qəlb və eşq yolu ağıl və dəlil yolundan ucadır.
                  İkinci  nöqtə  budur  ki,  müsəlman  ariflərin  məzəmmət  etdiyi  ağıl
            “cüzi” (fərdi) ağıldır, hesab-kitab edən dünyəvi ağıldır. Bu ağılın bütün
            himməti və nigarançılığı ötəri maddi və dünyəvi mənfəətləri qazanmaqdır.
            Müsəlman  ariflər  nəinki  eşq  və  şühudu  (intiutiv  idrak)  inkar  etməyən
            “kulli” (ümumi) ağılla müxalif deyillər, hətta onu tərifləyirlər də.
                  Üçüncü  nöqtə:  şiənin  İbn  Türkə  kimi  bəzi  məşhur  arifləri  izah
            etmişlər ki, bir sıra irfani “mükaşifə”lərin (irfani intiutiv idrak, şühud) ağıl
            mərtəbəsindən yuxarıda olması onların həmişə anti-ağıl, ağılla zidd, yaxud
            irrasional olması mənasında deyil. Əksinə, məqsəd odur ki, ağıl tək-tənha
            o məqama ucala bilməz. Amma insan “kəşf” və “ilham”ın köməyilə həmin
            idraka yol tapanda, bu zaman onun ağılı da onları dərk edə bilər.
                  “Bəzi fenomenlər vardır ki, ağıl zatən tənha olaraq onları dərk edə
            bilmir...  Əksinə,  onlara  özündən  daha  üstün,  daha  şərafətli  başqa  bir
            qüvvənin köməyilə çata və dərk edə bilər... Buna görə də ariflərin dediyi
            –  Həqiqi  mükaşifələrin  və  kamalların  mərtəbəsi  ağılın  fovqündədir  –
            sözünün  mənası  “Ağıl  belə  şeyləri  heç  vaxt  dərk  edə  bilməz”  demək
                   1
            deyil.”
                  Molla Sədra ağıl və irfanın rabitəsi haqqında Qəzzalidən belə nəql
            edir:  “Vilayət  və  irfan  dairəsində  irrasional  fenomenlərin  varlığı
            mümkündür. Elə bir fenomenlər ki, ağılın vasitələrilə dərk olunan deyillər.
            Anti-ağıl  və  irrasional  məsələlər  arasında  fərq  qoymayan  şəxs  ilə
                                                                             2
            danışmağın dəyəri yoxdur, o öz cəhalətində tərk olunmalıdır.”
                  Eynül-Qüzzat  Həmədanidən  də  belə  nəql  edir:  “Ağıl  düzgün  bir
            tərəzidir, onun hökmləri də həmçinin doğru, yəqini, qətidir və onlarda heç
            bir yalan yoxdur. Ağıl elə bir ədalətli varlıqdır ki, onun zülm edəcəyini
            ehtimal vermək olmaz.”
                                     3
                  Burada yaxşı olardı ki, intiutiv (şühudi) və əqli (ağılla dərk) idrakın
            fərqlərinə işarə edək:
                  1.  Əqli  dərk  –  eşitmək  və  uzaqdan  vasitə  ilə  rabitə  saxlamağa
            oxşayır.  Çünki  əqli  dərk  sırf  olaraq  təsəvvürlər  və  zehni  məfhumlar
            çərçivəsindədir. Amma intiutiv idrak – dadmaq, görmək, “məlum”la (dərk
            olunan şey) birbaşa və vasitəsiz əlaqə yaratmaqdır. Başqa sözlə, intiutiv


            1  “Təmhidul-Qəvaid”: Sainəddin Əli ibn Türkə.
            2  “Əl-Əsfar”: Molla Sədra, c.2.
            3  Həmin yerdə, c.2.
   126   127   128   129   130   131   132   133   134   135   136