Page 133 - Islamic Studies 07
P. 133

İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, yeddinci sayı (payız-qış / 2024) / 132


            kəsildikdən sonra və şühud edən şəxs öz irfani müşahidəsi, kəşfi haqqında
            məlumat vermək istəyərkən, onları izah edərkən, açıqlayarkən səhv etmə
            ehtimalı var. Burada şəxsin obyektiv aləmə baxışı, mədəniyyəti, onu əhatə
            edən  mühit,  inancları,  düşüncələri  və  bunun  kimi  onlarla  başqa-başqa
            şeylər əl-ələ verib onun müşahidələrini izah etməyinə təsir göstərirlər.
                  Buna görə də vasitəsiz və intiutiv (şühudi) bilik hüzur mərtəbəsində,
            şühud anında səhv etmir, amma təfsir və izah məqamında onun səhv etmə
            ehtimalı var və tarixi şahidlər də bunu göstərir. Misal olaraq: Məsihi bir
            arif müşahidə etdiyi Allahı “Təslis (Üçlük)” kimi təqdim edir, Buddist bir
            arif (ən azı Buddizmin bəzi firqələrində) ümumiyyətlə hər hansı bir Allahı
            müşahidə etmir, Hind arifi isə müşahidə etdiyi Allahı Hindu Allahları kimi
            təsvir  edir.  Hətta  bəzən  görürük  ki,  bir  dinin  daxilində  müxtəlif
            məzhəblərin  ardıcılları  öz  müşahidələrini  təsvir  edərkən  əksər  hallarda
            bütün yaxşılıqları öz məzhəblərinin fərdlərinə və bütün pis şeyləri isə rəqib
            məzhəblərin ardıcıllarına aid edirlər. Bir halda ki, hər bir şəxs həqiqətin
            vahid  olduğunu  bilir.  Buna  görə  də  görürük  ki,  ariflərin  özü  adətən
            mükaşifələri iki dəstəyə bölür: rəhmani və şeytani. Amma əsas məsələ
            budur  ki,  rəhmani  mükaşifələrin  ayırd  edilmə  və  onları  şeytani
            mükaşifələrdən ayırma yolu nədir?

             •  3. İNSANİ FİTRƏTLƏ HƏMAHƏNG OLMASI
                  Həqiqi irfanın xüsusiyyətlərindən başqa biri də budur ki, o, insan
            fitrəti və onun fitri meylləri ilə tamamilə həmahəng və uyğun olmalıdır.
            Əsas  etibarilə  həqiqi  irfan  insani  fitrətlə  uyğun  olmaya  bilməz.  Bu
            uyğunluğun zəruriliyinin isbatı üçün iki dəlil göstərmək olar:
                  Birincisi: İnsanın bütün daxili meylləri onun kamilliyi ilə, kamalı ilə
            əlaqəlidir. Bu mənada ki, onlar insanın həqiqi kamala tərəf hərəkətində
            münasib bir yol göstərən ola bilərlər. Əgər bir meylin varlığının insani
            kamalın gerçəkləşməsi ilə heç bir əlaqəsi yoxdursa, yaxud onun kamalının
            ziddinə olarsa, bu, məqsədə uyğun deyil və “öz-özünü inkar” (ləğv) edir
            (ziddiyyətdir), hədəfə ziddir. Bunun hər ikisi də yanlışdır. Əvvəla, İlahi
            yaradılışda  öz-özünü  inkar  (ləğv)  mümkün  deyil,  ikincisi  isə  məqsədə
            uyğunsuzluq, hədəflə ziddiyyətlilik böyük Allaha layiq və uyğun deyil.
            Allah  insanı  ibadət  və  son  kamala  qovuşmaq  üçün  yaradıb.  Belə  olan
            halda, əgər onun varlığında bu hədəflə heç bir əlaqəsi olmayan meyllər və
            instinktlər  yaratdığını  fərz  etsək,  onda  bu,  yaradılışda  inkara  (ləğvə)
            gətirib çıxaracaq. Yaxud da, əgər insan daxilində bu hədəfin ziddinə olan
   128   129   130   131   132   133   134   135   136   137   138