Page 132 - Islamic Studies 07
P. 132

Həqiqi irfanın xüsusiyyyətləri / 131


            və vasitəsiz (hüzuri) idrakın obyekti eyni ilə məlumun varlığıdır. Amma
            əqli  və  vasitəli  (hüsuli)  idrakın  obyekti  isə  “məlum”un  məfhumu  və
            təsəvvürüdür.
                  2.  Əqli  idrakın  nəticəsi  ağılın  dərk  etdiyi  məlum  və  həqiqət
            qarşısında  təslimiyyəti  və  razılığıdır.  Amma  dərk  olunan  məlum  və
            həqiqətə iman və boyun əymək həddinə yüksəlməyə də bilər. İntiutiv idrak
            öz ardınca heç bir şey vasitəsilə aradan getməyən boyun əymə, həyəcan
            və  daxili  eşqi  gətirir.  Bu  zaman  insan  varlığı  başdan-ayağa  məlum  ilə
            rabitədə olur. Şəhid Mütəhhərinin  sözü ilə desək: “Bu növ idrak insan
            varlığını işıqlandırır, ona qüvvə və cürət verir, təvazö, riqqət, lətafət bəxş
                                                                     1
            edir və onun varlığının bünövrəsini tamamilə dəyişir.”
                  3. Əqli bilik hamıya aiddir (ümumidir) və onu başqasına da ötürmək
            olar. Amma intiutiv idrak isə şəxsidir və başqalarına nəql etmək olmur. Bu
            yol şəxsin özünün bilik əldə etməyi üçün ən kamil və ən gözəl yoldur.
            Amma diqqət etmək lazımdır ki, qəlb yolu tamamilə şəxsi bir yoldur. Əsas
            etibarilə  vasitəsiz  (hüzuri),  intiutiv  (şühudi)  və  batini  idrakın
            xüsusiyyətlərindən  biri  onların  şəxsi  olması  və  nəticədə  də  başqalarına
            ötürülməsinin mümkün olmamasıdır. Bir arif isə yalnızca başqaları üçün
            öz təcrübəsinin zəminəsini hazırlaya bilər.
                  4. Əqli idrakda səhv mümkündür. Çünki o, vasitəli idrakdır və buna
            görə  də  onun  səhv  etmə  ehtimalı  var.    Amma  intiutiv  idrak  səhv
            qəbuletməz bir idrakdır.
                  5.  İntiutiv  idrak  əməl  və  nəfsi  kamilləşdirmə  ilə  elə  bir  şəkildə
                                                                        2
            bağlıdır  ki,  belə  demək  olar:  “O,  əməldir,  nəinki  elm”.   Hansı  ki,  əqli
            idrakda özünüdüzəltməyə, nəfsi kamilləşdirməyə və bunun kimi şeylərə
            ehtiyac yoxdur. Amma özünüdüzəltmə, nəfsi kamilləşdirmə və təqva ilə
            daha gözəl dərkə, daha düzgün, daha dəqiq biliyə zəmin yaratmaq olar:
            “Əgər təqvalı olsanız, Allah sizə haqqı batildən ayıran bir qüvvə verər” .
                                                                                       3
             •  2. ŞƏRİƏTLƏ UYĞUNLUQ
                  İlahi  vəhyin  intiutiv  idrak  sahəsində  bəşəriyyətə  ən  böyük
            xidmətlərindən  biri  irfani,  kəşflərin,  şühudların  düzgün  olmasını
            araşdırmaq üçün göndərdiyi meyardır: vasitəsiz (hüzuri) və intiutiv idrak
            məsum  və  xətaqəbuletməz  olsa  da,  amma  bu  xüsusiyyət,  yalnız  şühud
            zamanına  aiddir.  Dərk  olunan  “obyekt”lə,  yaxud  “məlum”la  rabitə


            1  “Əsərlər Məcmuəsi”: M. Mütəhhəri, c.6.
            2  Həmin yerdə.
            3  Ənfal-29.
   127   128   129   130   131   132   133   134   135   136   137