Page 142 - Islamic Studies 07
P. 142
İslamda insan haqları (tarixi araşdırma) / 141
Mövzu üzrə mütəxəssislər və hətta inqilab tarixlərini azacıq seyr
edən hər kəs bilir ki, islamda insan haqqları layihəsi, qərbin insan haqqları
və siyasi düşüncələrinin müqabilində, müdafiə cinahinda durmayıb.
İslamın fundamental mənbələrinə müraciət etməklə, bu dinin insan
haqqları mövzusuna yanaşlamalırını asanlıqla anlamaq və islam
fəqihlərinin insan haqqlarına nəzəri və praktiki fədakarlıqlarını görmək
olar. Yaşam haqqı, insan ləyaqəti, bərabərlik, ictimai ədalət, insan təlim
və tərbiyəsi, təhlükəsizlik, əməkdaşlıq, sahibkarlığa ehtiram, zülmkarlarla
mübarizə və məzlumlara dayaq kimi düşüncələr və fundmentlər, islamın
hüquqi və siyasi məfhumlarındandır.
Tarixi baxışla, İslam dininin zühur etməsi zaman baxımından
avropanın birlik halında, təsirə malik və dəyişikliklər etməyə qadir olduğu
bir vaxta təsadüf etmişdir. Buna baxmayaraq, o dönəmdə bütövlükdə
Avropanın, Asiyanın və Afrikanın əksər hissəsinin zülmət içərisində
çabalayır, mədəniyyət, sivilizasiya, və insan haqqları baxımından
1
qənaətbəxş vəziyyətdə deyildilər. Avropa xalqı, mədəniyyət böhranı
adlandırdığı orta əsrlərə kimi, kislə rəhbərlərinin və feodal hakimiyyətin
təhdidi altında, düşünməyə və öz əqidələrini bəyan etməyə qüdrətləri yox
idi. İlahi elçilərin mesajlarını, hikmətli Konfutsi və Zərdüşt peyğəmbərin
və məxsusən də müqəddəs İslam dininin qanunlarını bu dövdən ixsisara
salsaq, bu böhran çox aydın şəkildə üzə çıxacaqdır.
İslam Peyğəmbərinin, bəşəriyyəti düzgün yola hidayət etmək üçün
seçildiyi zaman, insaniyyətin və insan ləyaqəninin unudulduğu bir dönəm
olmasına ən yaxşı şahid tarix özüdür. Şirk və bütpərəstlik, totalitarizm və
insanlıq böhranı, hər növ təfəkkür və müsbət dəyişiklik fürsətini aradan
aparmışdı. Bəşər həyatında, insan hüquqlarına ehtiramın heç bir tərifi və
yeri yox idi. İslam belə bir zamanda zühur etdi və ərəblərin, o cümlədən
islam dininə üz gətirən bütün insanların həyatında inqilaba yol açdı.
Həzrəti Muhəmməd (sa)-ın gətirdiyi dinin günü-gündən artan inkişafı,
tarixin möcüzələrindən hesab olunur. İslamın bəşəriyyətə dəvəti məhdud
və milliyyətçilik prinsiplərinə əsaslanmırdı. Əksinə, dünyaya açılan
2
kütləvi dəvət idi.
Bu iddianı dərk etmək üçün, həzrəti Muhəmməd (s)-ın
peyğəmbərliyə seçilmə astanasında, insan haqqlarının vəziyyətinə qısa
nəzər salmaq kifayətdir.
1 İngilis dilində, orta əsrlər qaranlıq dövrlər (Dark ages) kimi də tanınır.
2 Ənam 19 və 90-ci ayələr, Əraf ayə 157, Furqan ayə 1 və Ənbiya 107-ci ayə.