Page 172 - Pure Life 05
P. 172
(
/
238 PURE LIFE, Vol.3.No.5, (Ramadan Al-Mubarak 1437. Khordad 1395. June 2016)
Yaşadıqlarımız, rastlaşdıqlarımız bizim
əməllərimizin nəticəsidir. Buna bir neçə misal
göstərmək olar: Naməlum bir insanla yaxından
tanış olub onunla ünsiyyət quran bir insan hər hansı
peşmançılıq gətirən bir vəziyyətlə qarşılaşarsa
əlbəttə günahı yalnız özündə görməlidir.
Bəzən insanlar bir-birinə bele deyir: “ Səni bu neçə
ildə tanıya bilməmişəm”, “Səni belə tanımazdım, iç
üzün ortaya çıxdı”, “Kaş səni yaxşı tanısaydım, bəlkə
bu səhvi etməzdim”, “ Səni tanıya bilməmişəm, kaş
ailə qurmasaydıq” və s. Yəqin ki, bu sözlərlə
rastlaşanlar az deyil. Bəs necə olur ki, insanı tanımaq
bu qədər çətin olduğu halda insanlar yad adamlarla
daha tez yaxınlaşır, sirrlərini onlarla bölüşür, onlara
bağlanır? Bu suallara cavablar da müxtəlif ola bilər.
İnsan eynilikdən yorulur, fərqli macəralara can atır.
Ətrafındakı insanlara etibarını itirib, özünə riskli de olsa
yad insanlar arasından etibarlı dost axtarır, heç kimlə real
ünsiyyət qurmaq istəmədiyindən daxilində baş verən
müzakirələri, söhbətləri virtual şəkildə biruzə vermək
istəyir. Lakin çıxış yolu bu deyil. Nə qədər real həyatdan
uzaqlaşsa da insan mütləq əbədi reallığa qayıtmalı olacaq.
Bu qayıdış zamanı gərək geriyə baxaraq məyus
olmayaq, çünki mutləq olan Allah mütləq şəkildə
haqq –hesab çəkəcək. Bizə vücudumuz, ruhumuz,
həyatımız necə əmanət verilibsə vaxtımızı düzgün
dəyərləndirmək də o cürə zəruri xarekter daşıyır.
Ona görə də çalışaq ki, hər şeyin ölçüsünü bilək və
vaxtımızı bu ölçüyə görə formalaşdıraq.